Bəqərə surəsinin ilk və son ayələrinin transkripsiyası

    13.05.2019
Kimdən: 
...
Sual: 
Beqere suresini ilk 5 ayəsi ve əmənərrasulunun ərəb dilinde ama bizim herflerle duzgun formasini isteyirdim.ezberlemek ucun..cox xahish edirem
Cavab: 
Salam aleykum. 
əl-Bəqərə surəsi
Əuzu billəhi minəş-şeytaanir-racim.
Bismilləhir-Rahmənir-Rahim.
1. Əlif, Ləəm, Miim.
2. Zəəlikə-l-kitəəbu ləə raybə fiih, hudəl-lil-muttəqiin.
3. Əlləziinə yu'minuunə bil-ğaybi va yuqiimuunəs-saləətə va mimməə razəq'nəəhum yunfiquun.
4. Va-lləziinə yu'minuunə biMəə unnzilə ileykə vaMəə unnzilə minn qab'likə va bil-Əəxirati hum yuuqinuun.
5. Uləəəəİkə aləə hudəmm-mir-Rabbhim va uləəəəikə humul-muflihuun.
Mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram. Mərhəmətli, Rəhmli Allahın adı ilə..! 
1. Əlif. Ləm. Mim 
2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır 
3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər;
4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. 
5. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
(əl-Bəqərə, 1-5). 
                                                                                                                                   
Əmənər-Rasulu ayəsi:
Əuzu billəhi minəş-şeytanir-racim.
"Əmənər-rasulu bimə unzilə ileyhi mir-rabbihi val-mu'minun, Kullun əmənə billəhi va mələəikətihi va kutubihi va rusulih, lə nufərriqu beynə əhədim-mir-rusulih, va qalu səmi'nə va əta'nə, ğufranəkə va ileykəl-masir, Lə yukəllifu-llahu nəfsən illə vus'ahə, ləhə mə kəsəbət va aleyhə mə-k'təsəbət, rabbənə lə tuəəxiznə in nəsiynə av əxta'nə, rabbənə valə təhmil aleynə isran kəmə həməltəhu alə-lləzinə min qablinə, rabbənə valə tuhəmmilnə məə lə taqatə lənə bih, va'fu annə va-ğ'fir lənə, va-r'həmnə, əntə movlənə, fə-n'surnə aləl-qavmil-k'əfirin". (əl-Bəqərə, 285-286).
Mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram!
"Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 285-286).
Teqlər: 
Paylaş: