Məscidin həyətində təhiyyət (məscid haqqı) namazını qılmaq olarmı?

    03.07.2019
Sual: 
Assalamun Alekum Qardashlar. Bir neçə sualim olacaq Allahin izni ilə. 1.Cümə günü məsciddə yer olmadigina görə məscidin cölûndə məscid haqqi qilmaq olar? 2.Cûmə xütbəsinə yetishməyən əlavə 2rükət namaz qilmalidir mi? 3.Mubaraha kredit növü halaldirmi?yəni borca pul götürüb hər hansi bir əshya alirsan və bir müddətdən sonra o borcu qaytararkən əlavə faiz yox sadəcə pul verirsən. Assalamun Alekum.
Cavab: 

Və aleykum Salam.
1. Məsicidin çölündə dedikdə məscidin hasara alınmış ərazisini, həyətini nəzərdə tutursunuzsa, o da məsciddən sayıldığı üçün orada təhiyyət (məscid haqqı) namazı qılmaq olar və bunu qadağan bir dəlil yoxdur. Əbu Qatadə (Allah ondan razı olsun) Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən biriniz məscidə daxil olarkən, iki rükət namaz qılmamış oturmasın". (əl-Səhih Buxari; Səhih Muslim).  Hədisi şərh edərkən İmam Nəvəvi (Allah ona rəhmət etsin) belə deyir: "Alimlər bu namazın müstəhəb olmasını və qılınmadan məsciddə oturmağın bəyənilmədiyini bildirmişlər". (əl-Məcmu, 3/54).
2. Dinimizdə hər nə qədər Cümə xütbəsinə vaxtında çatmaq, xütbəni dinləmək təkid olunsa da, xütbəyə çatmayanın əlavə iki rükət qılması buyurulmayıb. Cümə namazına çatan camaatla cümə namazı qılmış sayılır. Həmçinin, məscidə daxil olarkən camaat namazı artıq başlayıbsa, təhiyyətə ehtiyac qalmadan birbaşa namaza qoşulmaq gərəkdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yetişdiyin namazdan başqa sənə namaz yoxdur". (Səhih Muslim). Həmçinin oxuyun:
İslam fiqhi: CÜMƏ NAMAZI
3.
Qeyd etdiyiniz kredit növü haramdır və faizin bir növüdür. Həmçinin oxuyun:
İslam fiqhi: Mənfəət gətirən hər bir borc, sələm sayılır
İslam fiqhi: SƏLƏM-FAİZ

Teqlər: 
Paylaş: