Uşağı qucaqda tutaraq namaz qılmaq olarmı?

    10.08.2019
Kimdən: 
Günel
Sual: 
Salam Aleykum.Men bele esitmisem ki usag qucaqda Namaz qilmag olar.Menimde de uwagim korpedi ve komeysizem bele qilmag istiyerdim sehih hedislerle delil getirseniz sevinrem.2 Sualim ise qusl ala bilmesem usag aglasa torpagla qusl ala bileremmi.Cvbinizi gozduyurem......
Cavab: 
Və aleykum Salam.
1. Əgər ehtiyac varsa, uşağı qucaqda saxlayaraq namaz qılmaq olar. Əbu Qatədə əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) qız nəvəsi Umamə bint Zeynəbi qucağına alıb namaz qılırdı. Səcdə edəndə uşağı yerə qoyur, səcdədən qalxanda isə yenidən qucağına götürürdü. (Səhih əl-Buxari, 494; Səhih Muslim, 543).

2. Əgər qüsl almağa mane olan səbəbi aradan qaldırmaq münkündürsə, bu halda torpaqla təyəmmüm etməyə icazə verilmir. Qüsl almaq əslində çox vaxt aparmır. Əgər uşaq qüsl almağa mane olursa, onu sakitləşdirdikdən və ya yatızdırdıqdan sonra qüsl alın. Həmçinin, əgər vaxt məhdudiyyəti varsa, qüslü kamil şəkildə deyil, vacib olan şəkildə, yəni sadəcə ağıza və buruna su alıb bütün bədəni islatmaqla qüsl alın. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: