Yuxuda cunub olduğunu görən, lakin paltarına heç nə bulaşmayan qüsl almalıdırmı?

    30.06.2019
Sual: 
Salam mən orucam hemdə namaz qiliram amam yuxuda qördumki qutariram ama paltarima hecnə dəymeyib mu qusulumu pozurmu
Cavab: 
Və aleykum Salam. Əgər yuxudan durduqdan sonra paltarınıza heç nə dəymədiyini görmüsünüzsə, qüslunuz pozulmayıb. Dəlil isə bu hədisdir: Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ya Rəsulullah! Allah haqqı deməkdən həya etməz. Qadın pol­lyu­siya[1] ha­lına düşdükdə qüsl etməlidirmi?” Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Bəli, əgər su gö­rüb­sə (məni axıdıbsa,) etməlidir!” Ummu Sələmə (utandığından) üzünü yaş­maq­la örtdü və: “Ya Rəsulullah! Heç qadın da pollyusiya halına düşə bilər­mi?”– deyə soruşdu. Pey­ğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Əlbəttə, (düşə bilər). Ay yazıq! Belə olmasa, övladı ona necə oxşaya bilər?” (əl-Buxari, 130)
 
[1] Pollyusiya – yuxuda ikən sperma axıtmaqdır.

Həmçinin, bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: