Nəyə görə azanın vaxtı irəli çəkildi?

    31.03.2014
Kimdən: 
Hüseynov Rəhbər
Sual: 
Salam aleykum. Yolcubeylide 16:27-de azan chekildi. Amma bu ilk defedir. Neye gore bu vaxt azan chekilir? Yoxsa əsr namazina goredirmi? Ve azandan sonrahemishe nese deyirler. Yocubeylide subh namazi vaxti azan chekilir ve ve gunorta zohr namazI vaxtinda azan chekilir ve axsham sham namazi vaxtinda azan chekilir 16:27-de. İlk defedir azan chekilir. Cavab yazin. Allah sizlere komek olsun! Namazlarinizi ve ibadetlerinizi, menimkide ichinde olmaqla qebul etsin. Sag olun.
Cavab: 

Aleykum salam. Bu, yay vaxtına keçidlə bağlı saat əqrəblərinin bir saat irəli çəkilməsi ilə bağlıdır. Belə olduqda bütün namazların vaxtı bir saat irəliyə çəkilir. Çünki namazların vaxtları günəşin hərəkətindən asılıdır. Məsələn, əgər günəş zöhrün (günorta) vaxtında zenit xəttini 12:45 -də keçirdisə, saat əqrəblərinin bir saat irəli çəkilməsinə görə indi həmin vaxt 13:45 -ə təsadüf edir.     

Teqlər: 
Paylaş: