Ya Sin surəsi - 12 - ci ayə

    08.05.2019
إِنَّا نَحْنُ نُحْيِ الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ

 
Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq”
 

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كَانَتْ بَنُو سَلِمَةَ فِى نَاحِيَةِ الْمَدِينَةِ فَأَرَادُوا النُّقْلَةَ إِلَى قُرْبِ الْمَسْجِدِ فَنَزَلَتْ هَذِهِ الآيَةُ {إِنَّا نَحْنُ نُحْيِى الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ} فَقَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم « إِنَّ آثَارَكُمْ تُكْتَبُ ». فَلَمْ يَنْتَقِلُوا

 
Rəvayət edilir ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Bəni Sələmə qəbiləsi Mədinənin kənarında idilər. Onlar məscidin yaxınlığına köçmək istədikdə, bu ayə nazil oldu: “…onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik” (Yasin, 12). Onlar da öz yurdlarında qalmalı oldular”.
 
ət-Tirmizi, 3226, 3533; əl-Hakim, 3604. əl-Albani səhih olduğunu bildirmişdir.