Ya Sin surəsi 77 - 83 – cü ayələr

    08.05.2019
أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ * وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِ الْعِظَامَ وَهِيَ رَمِيمٌ * قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ * الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ * أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَى أَنْ يَخْلُقَ مِثْلَهُمْ بَلَى وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ * إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ * فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ

 
“Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız”
 

عن ابن عباس ان العاصي بن وائل اخذ عظما من البطحاء ففته بيده ، ثم قال لرسول الله صلى الله عليه وسلم : ايحيي الله تعالى هذا بعد ما ارى ؟ فقال رسول الله صلى الله عليه وسلم : " نعم ، يميتك الله ثم يحييك ، ثم يدخلك جهنم " قال : ونزلت الايات من اخر  " يس " .

 
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, As ibn Vail düzənlikdən bir sümük gö­tü­rüb onu ovxalayıb xırda-xırda tikələr etdi və Allah Elçisinə - sallallahu aleyhi və səlləm - dedi: “Məgər Allah bu çürümüş sümüyü əvvəlki halına qaytara bilər?” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Bəli, O səni öldürəcək, sonra dirildəcək və daha sonra Cəhənnəmə vasil edəcəkdir”. Uca Allah da Ya Sin surəsinin sonuncu aylərini nazil etdi”.
 
İbn Əbu Hatim “Təfsir” 18126; İbn Kəsir “Təfsir” 6/593. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.