əl-Qəmər surəsi 1 – 2 – ci ayələr
اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ * وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ
“O Saat yaxınlaşdı və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər”
عَنْ أَنَسٍ قَالَ سَأَلَ أَهْلُ مَكَّةَ النَّبِىَّ صلى الله عليه وسلم آيَةً فَانْشَقَّ الْقَمَرُ بِمَكَّةَ مَرَّتَيْنِ فَنَزَلَتِ {اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ} إِلَى قَوْلِهِ {سِحْرٌ مُسْتَمِرٌّ} يَقُولُ ذَاهِبٌ.
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Məkkə əhli (müşriklər) Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - möcüzə göstərməsini tələb etdilər. Bu zaman ay (Allahın əmrilə) iki dəfə parçalandı və bu ayələr nazil oldu: “O Saat yaxınlaşdı və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər” (əl-Qəmər, 1-2)”.
ət-Tirmizi, 3286, 3597; əl-Hakim, 3761; ən-Nəsəi “Sunənul-Kubra” 11554. əl-Albani, Muqbil, əl-Hakim, ət-Tirmizi səhih olduğunu bildirmişlər.