əl-Qəmər surəsi 46 – cı ayə
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَى وَأَمَرُّ
“Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır”
أَخْبَرَنِى يُوسُفُ بْنُ مَاهَكَ قَالَ إِنِّى عِنْدَ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ قَالَتْ لَقَدْ أُنْزِلَ عَلَى مُحَمَّدٍ - صلى الله عليه وسلم - بِمَكَّةَ ، وَإِنِّى لَجَارِيَةٌ أَلْعَبُ ( بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَى وَأَمَرُّ )
Rəvayət edilir ki, Yusuf ibn Məhək demişdir: “Möminlərin anası Aişə (Allah ondan razı olsun) dedi: “Məkkədə, mən hələ oyuncaqla oynayan bir uşaq ikən Muhəmmədə - sallallahu aleyhi və səlləm - bu ayə nazil olmuşdur: “Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır” (əl-Qəmər, 46)”.
əl-Buxari, 4876.