Qadından qəhvəyi rəngdə axıntı gələrsə, oruc pozulurmu?

    27.09.2019
Kimdən: 
Sual
Sual: 
Salam.Men ayin 10u iftara 5deqiqe qalmis aciq qehveyi axintim geldi 2damci(qeyd edimki heyz donemimdi).Men gozledim 5deqiqe sonra iftarimi acdim.Ayin 11i oruc tutmadim yene hemin gun 2damci aciq kehveyi axintim geldi vso.Bu gun yeni ayin 12si hele heyzim baslamayib.Men ne etmeliyem?Oruc tutummu gozleyimmi cox cixilmaz veziyyetdeyem.
Cavab: 

Və aleykum Salam. Əgər heyzdən az müddət əvvəl gələr, heyz ağrıları ilə bərabər olarsa və bundan az sonra heyz qanı başlayarsa, bu ləkə heyzin bir hissəsidir. Bu halda oruc pozulur hətta orucu açmağa az müddət qalmış olsa belə. Məsələn əgər qadının heyz müddətində bir və ya iki gün qəhvəyi axıntı gəlir, sonra üçüncü gün qan gəlirsə, bu üç günün hamısı heyzdən hesab olunur. Həmçinin oxuyun:

Qadından gələn qəhvəyi ləkə orucu pozurmu? 

Paylaş: