Valideynin izni olmadan evdən pul götürmüşəm, bu günahdan necə təmizlənim?

    02.10.2019
Sual: 
Eeselamün Aleykum. Men bir gunah islemisem evden 100 man icazesiz pul goturdum lakin sonra bildiler ve men bunu boynuma goturmedim cunki qorxuram meni pis biri kimi taniyarlar. Amma ele insan deyilem ve indide vicdan ezabi ile yasiyiram. Cunki hec istemezdim bele sey olsun. Indi ise men bu meseleni nece hell edim? Evdekilere deyim? Ya yox? Gunahimi jece temizleye bilerem?
Cavab: 

Və aleykum Salam. Övladın atasının izni olmadan evdən pul götürməsinə icazə verilmir və bu, oğurluq sayılır. Bundan əlavə günahı etiraf etməyib yalan danışdığınıza görə də günah etmisiniz. Bu günahlara görə Allaha tövbə etməlisiniz və bir daha belə əmələ qayıtmamağı qəti şəkildə qərar verməlisiniz. Götürdüyünüz pula görə isə valideynlərinizdən halallıq istəyin. Əgər bunu etiraf etmək daha böyük fəsada səbəb olacaqsa, bunu dolayı yolla edin. Pulu isə hər hansı bir yolla yerinə qaytarın. Həmçinin oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

Paylaş: