əl-Həşr surəsi 16 – cı ayə

    15.05.2019
كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ

 
“Onlar şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir”
 

عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : كَانَ رَاهِبٌ يَتَعَبَّدُ فِي صَوْمَعَةٍ وَامْرَأَةٌ زَيَّنَتْ لَهُ نَفْسَهَا فَوَقَعَ عَلَيْهَا فَحَمَلَتْ فَجَاءَهُ الشَّيْطَانُ ، فَقَالَ : اقْتُلْهَا فَإِنَّهُمْ إِنْ ظَهَرُوا عَلَيْكَ افْتَضَحْتَ فَقَتَلَهَا فَدَفَنَهَا ، فَجَاؤُوهُ فَأَخَذُوهُ فَذَهَبُوا بِهِ فَبَيْنَمَا هُمْ يَمْشُونَ إِذْ جَاءَهُ الشَّيْطَانُ ، فَقَالَ : أَنَا الَّذِي زَيَّنْتُ لَكَ فَاسْجُدْ لِي سَجْدَةً أُنْجِيكَ فَسَجَدَ لَهُ ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ {كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ} الآيَةَ.

 
Rəvayət edilir ki, Əli inb Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Bir rahib öz hücrəsində ibadət edərdi. Bir gün bir qadın onu özünə cəlb edərək onu yoldan çıxartdı və o, qadınla yaxınlıq etdi. Qadın hamilə qaldı və şeytan rahibin yanına gəlib dedi: “Onu öldür, əgər insanlar bu işin səndən olduğunu bilsələr, rəzil olarsan”. Buna görə o, qadını öldürdü və dəfn etdi. İnsanlar rahibin yanına gələrək onu tutub apardılar. Onlar rahibi apararkən şeytan onun yanına gəlib dedi: “Səni yoldan çıxardan mən idim, odur ki, mənə bir dəfə səcdə et, səni xilas edim”. O da səcdə etdi. Allah U (bu hadisə haqda) bu ayəni nazil etdi: “Onlar şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir” (əl-Həşr, 16)”.
 
əl-Hakim, 3801; əl-Beyhəqi “Şuabul-İman” 5067. Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.