əl-Mumtəhinə 8 – 9 – cu ayələr
“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır”
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına (qonaq) gəldi. O, (əshabələrdən) birini (yemək-içmək gətirmək üçün) zövcələrinin yanına göndərdi. Peyğəmbərin - sallallahu aleyhi və səlləm - zövcələri evdə sudan başqa heç nə olmadığını ona xəbər verdilər. Onda o, (əshabələrinə müraciət edib) dedi: “Kim (mənim qonağıma) qayğı göstərər və ya onu evində qonaq saxlayar?” Ənsardan olan bir nəfər: “Mən!”– deyib onu evinə apardı və zövcəsinə: “Rəsulullahın qonağına layiqincə hörmət et!”- deyə buyurdu. (Zövcəsi ona): “Uşaqlarımın yeməyindən başqa yemək yoxdur!”– deyə cavab verdi. (Əshabə) dedi: “Yeməyi hazırla, çırağı yandır, uşaqlar yemək istəsələr, onları yatızdır!” Zövcəsi yeməyi hazırladı, çırağı yandırdı və uşaqlarını yatızdırdı. Sonra ayağa qalxıb özünü guya çırağı düzəldirmiş kimi göstərdi və bilərəkdən onu söndürdü. Sonra hər ikisi (əllərini qaba uzadaraq) özlərini guya yemək yeyirlərmiş kimi (qonağa) göstərdilər və o gecə onlar ac yatdılar. Səhər açıldıqda hər iki əshabə Peyğəmbərin r yanına getdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - (onlara): “Allah sizin dünənki əməlinizə güldü və ya ondan təəccübləndi!”– dedi və bu ayə nazil oldu: “...Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (əl-Buxari, 3798)
əl-Buxari, 3514, 3798.