Zikrin yarımçıq qalması günahdırmı?

    09.12.2019
Sual: 
Salam eleykim,Gece simeninden geldim,oruclu idim evde niyyet edib Allahı zikr etmeye başladım ve zikr vaxtı bilmeden yuxuya daldım,bir neçe saatdan ayıldım, zikrim yarımçıq qaldı - Allah qarşısında çoxmu günah etmiş oldum? Zehmet olmasa cavablandırasınız-önceden teshekkurler.
Cavab: 
Və aleykum Salam. Əvvəla onu deyək ki, zikr edərkən xüsusi şəkildə niyyət etməyə ehtiyac yoxdur. Çünki sizin zikr etməyinizin özü qəlbinizdən gələn niyyətdən xəbər verir. Həmçinin, Allahı zikr etmək müstəhəb əməl olduğuna görə onu yarımçıq saxlamağa görə günah yazılmır. Əksinə, qismən də olsa, zikr etdiyinizə görə savab qazanmısınız. İnsan hansısa vacib ibadəti tərk etdikdə, yaxud hansısa qadağan olunmuş haram bir əməli etdikdə günah qazanır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: