Kəbinlə siğənin hökmü eynidirmi?

    07.12.2019
Sual: 
Salam,dini kebin nedir? siğe nedir?statislari eynidirmi?
Cavab: 

Və aleykum Salam. Siğə müəyyən məbləğ müqabilində müvəqqəti bağlanan nikahdır. Siğə haram buyurulmuşdur. Əli ibn Əbu Talib rəvayət etmişdir ki, "Xeybər günü Peyğəmbər (salləllahu aleyhi və səlləm) siğəni və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur". (Səhih əl-Buxari, 4216). İslama qədərki dövrdə bu nikah növü ərəblər arasında yayılmışdı. La­kin, hədisdən göründüyü kimi Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun)  bunu haram buyurmuşdur. Kəbin isə şəriətimizin buyurduğu qaydalar əsasında bağlanan müddətsiz nikahdır. Nikahın şərtləri vardır. İlk növbədə hər iki tərəfin razılığı vacibdir. Sonra qız tərəfdən vəli (qızın atası, əmisi, qardaşı və s.) olmalıdır (bu, mütləq lazımdır). Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Vəlisiz və iki şahidsiz nigah yoxdur". (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66). 
Oğlan tərəfdən vəlinin olması vacib şərt deyil. Həmçinin, iki nəfər şahid olmalıdır və qıza mehr verilməlidir. Daha ətraflı məlumat əldə etmək üçün bu cavabları oxuyun:
Nikah bağlamağın qaydaları
Siğə haqqında
Nəyə görə siğə etmək olmaz?
Siğəni halal görənlərə cavab

 

Paylaş: