Ramazanda oruc tuta bilmədiyim günlərə görə kəffarə verə bilərəmmi?

    12.12.2019
Sual: 
Əs sələmu aleykum va rahmatullahi va barakatuhu. Ramazanda tuta bilmədiyim orucun kəffarəsini vermək istəyirəm. Bunun üçün kəffarəni ramazanda iftar vermeklə ödəməliyəm yoxsa hər hansi bir vaxt ac doyuzdurmaqla ödəyə bilərəm?
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Ramazan ayında oruc tutulmayan hər günə görə bir kasıbı yedirtmək yalnız qocalara, yaşlılara və sağalmaq ehtimalı olmayan xəstələrə aiddir. Sağlam olub müəyyən səbəblərə görə (səfər, xəstəlik, hamiləlik, uşağa süd vermək) Ramazanda oruc tutmayan şəxslər Ramazandan sonra buraxdıqları günlərin qəzasını tutmalıdırlar və bu, onların üzərində bir borc olaraq qalır. Yaxşı olar ki, Ramazandan qalan qəza oruclarını növbəti Ramazana qədər tutsunlar. Heç bir üzürlü səbəb olmadan Ramazanda oruc tutmayan isə günah qazanır və buna görə həm tövbə etməli, həm də buraxdığı günləri qəza etməlidir. 
Gələcəkdə oruc tutmaq ehtimalı olmayan yaşlılar və xəstələr isə oruc tutmadıqları hər günə görə bir kasıbı yedizdirməklə kəffarə verməlidirlər. Bu kəffarəni iftar verməklə və ya adi günlərdə hər günün əvəzində bir kasıbı yedizdirməklə ödəyə bilərlər. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184). 
Lakin Ramazan ayında iftar verməklə həm də orucluya iftar verməyin savabını qazanmış olurlar. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Kim bir orucluya iftar verərsə, orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz" (ət-Tirmizi, 82; ən-Nəsai, 44; İbn Macə, 45).
Həmçinin, bu kəffarəni ərzaqla da ödəyə bilərsiniz. Hər günə görə təxminən iki kiloqram yeyinti məhsulu (fitrə zəkatında verilən məhsullardan) kasıba verməklə də ödəmək olar. Daha ətraflı:
Teqlər: 
Paylaş: