Adamları işə cəlb edərək onların satışlarının faizi ilə maaş almaq olarmı?

    17.07.2019
Kimdən: 
Zulya
Sual: 
Salam aleykum. İnstagramda oriflame, flormar kimi firmalarda işlemek icazelidir? Orada maaş yığdığın başqa adamların satışlarının faizi ile hesablanib verilir. Buradaki faiz haramdir?
Cavab: 
Va aleykum salam. Satış şirkətinə işə düzəlmək üçün mütləq əvvəlcə müəyyən məbləğdə mal alınması düzgün deyil. Çünki mal alanın əsas məqsədi mal əldə etmək deyil, şirkətə işə düzəlməkdir. Bəzən belə şirkətlər müəyyən məbləğə endirim kartı da təklif edirlər. Bu kartların alınması da haramdır.
Hər hansı bir şirkətdə ortaqlıq edib mal satmaq və ya işçi cəlb etmək əslində halal işdir. Lakin şirkətə girmək üçün müəyyən malın alınmasını şərt qoymaq düzgün deyil. Bu ticarət bir növ “şəbəkə ticarəti” adlanan ticarətə bənzəyir və bu ticarətin haram olma səbəblərini artıq bəyan etmişik. Bu cür şirkətlərdə iki qazanc mənbəyi olur:
  1. Məsləhətçi qismində endirimli qiymətlərlə məhsulları sifariş edib baha qiymətə satmaqla. Bu qazanc mənbəyi icazəlidir.
  2. Bundan başqa şirkətə tanışlarını dəvət edərək özünə komanda yığıb satışdan faiz almaqla. Bu qazanc mənbəyi haramdır. Çünki mala ehtiyac duymadan, şirkətdə işə düzəlmək üçün mal alanın əməli qumara bənzəyir. Mal alan bu məbləği ödəməklə nə qədər qazanc əldə etdiyini bilmir. Ola bilsin ki, heç qazanc əldə edə bilməsin. İşi bacarmasın və ziyana düşsün. Ola da bilsin ki, digərlərini şirkətə girməyə qane etməklə qazanc əldə etsin. Bu isə qumardır. Çünki qumar bəxtini sınamaqla pul qazanmaq məqsədilə pul xərcləməyə deyilir.
Nəticə olaraq bu cür şirkətlərdə işləmək qadağandır. Çünki, bu şirkətlərin iş üslubu "şəbəkə ticarətinə" bənzəyir. Şəbəkə ticarəti isə haramdır. Həmçinin, bu cavabları oxuyun:
Paylaş: