Ata ərə getmək istəməyən qızına haqqını halal etmirsə, qız nə etməlidir?

    17.12.2019
Kimdən: 
Xanım
Sual: 
Əssalamu aleykum ata qızını ərə vermək isdəsə qız istəməsə ata desəki getməsən sənə haqqım haram olsum bu zaman qız nə etməlidir ?
Cavab: 
Və aleykum Salam. Kəbin kəsdirərkən həm atanın, həm də qızın öz razılığının olması vacibdir. Yəni, evlilikdə qadının razılığı vacib şərtdir və onu məcburən ərə vermək qadağandır. İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir nəfər bakirə qız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib, atasının onu məcburi ərə verməsi haqda şikayətləndi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadına seçim etməyi təklif etdi. (Əbu Davud, 2082; İbn Məcəh, 1875).
Başqa bir hədisdə bir dəfə bir gənc qız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Atam şəxsi maraqlarına görə məni qardaşı oğlu ilə evləndirmişdir". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu nikahın etibarlı sayılması üçün son sözü qıza verdi. Qız dedi: "Atamın etdiyi ilə razılaşdım. Lakin istədim qızlar bilsinlər ki, ataları onları məcburi evləndirməyə haqları yoxdur" (İbn Məca, 1874).
Lakin, bilmək lazımdır ki, qızın ərə getməsi üçün atanın icazəsi olmalıdır. Atanın icazəsi olmadan bağlanan nikah batildir. Bu səbəbdən valideynlər kəbin məsələsində razı olmadıqda, onlara qarşı səbirli olaraq gözəl əxlaqla və Allaha dua etməklə onları razı salmağa çalışmaq lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: