Ramazan daxil olandan 3-4 gün sonra oruc tutmağa qərar verən nə etməlidir?

    30.06.2019
Kimdən: 
İslam
Sual: 
Salam Aleykum, Ramazan ayı daxil olandan sonra 3-4 gün sonra oruc tutmağa qərar verdim (əvvəl qorxurdum tut bilməyəcəm deyə) təqribən 10-11dən tuturuq, 2+1 gün tutmadıq arada, 4nə qədər tutsaq təqribi 20-25 gün deyək tuturuq, tutmadığımız günlər qəzası tutulmalıdır, yaxud orucu kəsdiyimiz günlər, təqribi bilirəm ki ümumən tutulmayan gün hesablanır, dəqiq izah etsəz sevinərdim.. ALLAH razı olsun, Bayramınız mübarək olsun, haqqınızı halal edin...
Cavab: 

Aleykum salam. Tutmadığınız günlərin sayı qədər qəza orucu tutmalısız. Üstəlik Ramazan ayında üzürsüz səbəbdən orucu açdığınıza görə tövbə etməlisiz. Çünki Ramazan orucu vacibdir və üzürsüz səbəbdən orucunu açan günah qazanır. Ətraflı aşağıdakı suallara qayıdın:

  1. Ramazan ayının orucu

  2. Ramazan ayını tam yox, bacardığım qədər oruc tuta bilərəmmi?

Teqlər: 
Paylaş: