Qədr gecəsinin əlamətləri hansılardır?

    25.06.2019
Sual: 
Qədir gecəsinin əlamətləri
Cavab: 

Va aleykum salam. Qədr gecəsinin bəzi əlamətlərini Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bizə bildirmişdir. Bu əlamətlərdən aşağıdakılardır:

  1. İşıqlı gecə (və ya bu gecədəki nur). Günümüzdə yaşayış ərazilərindəki işıqlandırma sistemləri səbəbi ilə bu əlamət yalnız insanların az yaşadığı səhra və düzənlik ərazilərdə daha aydın müşahidə oluna bilər.
  2. Sükunət. Bu o deməkdir ki, möminlərin qəlbində digər gecələrdə olmayan, izahı çətin olan bir sakitlik, sevinc hökm sürəcəkdir.
  3. Bəzi alimlər bu gecə hava şəraitinin xəfif, mülayim olduğunu söyləyirlər.
  4. Səhabələrə göstərdiyi kimi Uca Allah dilədiyi insanlara yuxuda məhz həmin gecənin Qədr gecəsi olduğunu göstərəcəkdir.
  5. İnsanlar həmin gecədəki ibadətlərindən digər gecələrdən daha çox ləzzət alacaq, onları yerinə yetirməkdə özlərini daha aktiv hiss edəcəklər.
  6. Gecə sona yetdikdə günəş çox parlaq olmadan, şəfəqsiz doğulacaqdır.

Qeyd: Həmin gecə itlərin hürməyəcəyinə ya da az hürəcəyi barədə səhih heç bir şey varid olmamışdır. Həmçinin, bu sualların cavablarına baxa bilərsiniz:

"Qədr gecəsi" surəsinin izahı

Ramazan ayı və Qədr gecəsi haqqında ətraflı məlumat verə bilərsinizmi?

Paylaş: