Qadın pis vərdişləri olan ərini necə düz yola cəkə bilər?

    28.08.2019
Sual: 
Salam..Pis verdisleri olan kisi ile aile quran qadin onu nece duz yola ceke biler bunun ucun dua varmi?
Cavab: 

Va aleykum Salam. Kişi və ya qadın ailə qurarkən ilk növbədə qarşı tərəfin dininə və əxlaqına fikir veməlidir. İndiki ailədaxili münaqişələrin başlıca səbəbi əksər hallarda insanların ailə qurarkən bu məsələyə səhlənkar yanaşmasıdır.
Bu məsələdə sizin üzərinizə düşən ilk növbədə ərinizə bacardığınız qədər nəsihət etməkdir. Sonra siz günah vərdişlərin səbəbini araşdırmalı və onu aradan qaldırmağa çalışmalısınız. Həmçinin, bu məsələdə əriniz tərəfindən nəsihəti qəbul olunacaq qohum və tanışlara da müraciət edə bilərsiniz. Özünüz isə səbir edib Allaha dua etməyə davam edin. Xüsusən də, gecənin son üçdə biri keçdikdə Allaha yalvarın. Çünki, hər şeyə qadir olan Allah ərinizə hidayət verməyə, onun qəlbini islah etməyə qadirdir. Bunun üçün xüsusi bir dua yoxdur. Bilin ki, bu sizin üçün bir imtahandır. Həmçinin, qadın belə vəziyyətlərdə ərinə qarşı sərt davranmamalıdır. Vəziyyəti daha da ağırlaşdırmamaq və ərinizin sizə qarşı sərt davaranmaması üçün bundan çəkinin. Çünki, belə vəziyyətdə sərtlik boşanmağa gətirib çıxarır. Əksinə, yumşaq və gözəl şəkildə nəsihət etməyə davam edin. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 34-36). Həmçinin oxuyun:
Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır?

 

Teqlər: 
Paylaş: