Zikr edərkən təsbehin qırılması nə məna daşıyır?

    21.08.2019
Kimdən: 
Fatimə
Sual: 
Salam.Men namazdan sonra zikr eden zaman tesbehim qopdu muncuqları yere dağıldl.Men çox diqqet vermedim bu hadiseye ama yaşlı nenem bunun pis bir menasının olduğunu dedi.Açığı çox diqqet etmedim ama yenede sual vermek istedim.Bunun pis ve ya yaxşı bir menası-yozması varmı?
Cavab: 

Va aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zikr edərkən təsbehdən istifadə etməmişdir. Həmçinin onun səhabələri (Allah onlardan razı olsun) təsbehdən istifadə etməmişlər. Peyğəmbərimiz (Ona və  ailəsinə Allahın salavatı və salamı olsun) zikr edərkən barmaqlarından istifadə etmişdir. Bu səbəbdən təsbehlə zikr etmək düzgün deyil. Təsbehlə zikr etmək şəriətə uyğun olmadığına görə zikr edərkən qırılması da heç bir məna daşımır. Həmçinin oxuyun:

Namazdan sonra təsbeh çəkmək olarmı?

Zikr sağ əlin hansı barmaqları ilə edilir?
Bidət nədir?

Teqlər: 
Paylaş: