İnsan günah etdiyini başa düşərsə, nə etməlidir?

    03.10.2019
Sual: 
Assalamu aleykum. Insan gunahini başa duşdukde ne etmelidi
Cavab: 

Va aleykum salam. İnsan günah etdiyini başa düşdükdə, dərhal tövbə edib Allahdan bağışlanma diləməlidir. Uca Allah bu xüsusda buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir" (ən-Nisa, 17).

Əgər etdiyiniz günahla kiminsə haqqını tapdalamısınızsa, o halda tövbə ilə bərabər ondan halallıq istəyərək halallaşmalısınız. Həmçinin, tövbə etdikdən sonra günahların silinməsinə səbəb olacaq yaxşı əməlləri (namaz, oruc, sədəqə və s.) çoxaltmağınız məsləhət görülür. Həmçinin oxuyun:


Teqlər: 
Paylaş: