Yaxşı əməli insanlardan gizlətmək üçün yalan danışmaq olarmı?

    12.10.2019
Sual: 
Salamun eleykum ,1. Nur surəsinin 11 və 35 ci ayələrinin təfsirini yaza bilərsiz? 2.Etdiyimiz hər hansı savab əməlin başqalarının bilməməsi üçün yalan danışmağ günahdır?Çox sağ olun
Cavab: 

Va aleykum salam.

1) Uca Allah ən-Nur surəsinin 11-25-ci ayələrində buyurur: 

11. Şübhəsiz ki, Aişə barə­sin­də yalan xəbər gəti­rənlər özü­nüz­dən olan bir dəs­tədir. Onu özü­nüz üçün pis bir şey hesab et­mə­yin. Ək­si­nə, bu sizin üçün xe­yirlidir. O dəstə­dən olan hər bir şəx­sin qa­zan­dığı günahın cəzası vardır. İçə­rilərindən gü­nahın böyü­yünü öz üstü­nə gö­türəni isə böyük bir əzab göz­ləyir. 12. Nə üçün siz bunu eşitdi­yi­niz za­man mömin kişilər və qa­dın­lar bir-bi­ri­ləri haqda yax­şı fikirdə olub: “Bu, açıq-aydın bir böh­­tandır!”– demə­dilər? 13. Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Ma­dam ki, şa­hid gə­tirmədilər, deməli, on­lar Allah ya­nında əsl yalan­çı­­dırlar. 14. Əgər Allahın dünyada və axirət­də sizə lütfü və mərhə­məti ol­ma­saydı, dedi-qodula­rı­nıza görə sizə böyük bir əzab toxu­nardı. 15. O zaman siz bunu dili­ni­zə gəti­rir, bilmədiyiniz sözü da­nışır və onu əhə­miyyətsiz bir şey he­sab edirdiniz. Hal­buki bu, Allah ya­­nında çox böyük günahdır. 16. Nə üçün siz onu eşit­di­yiniz za­man: “Bizə bunu da­nış­maq ya­­raşmaz. Ey Allah! Sən pak və mü­qəddəssən! Bu, çox böyük bir böh­tandır!”– de­mə­diniz? 17. Əgər möminsinizsə, bi­lin ki, Allah sizə bir daha buna bən­zər şeyləri tək­ra­rən etmə­mə­yi­nizi nəsihət edir. 18. Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hik­mət sahibidir. 19. Möminlər barəsində iy­rənc şayi­ələ­rin yayılmasını is­təyənlər üçün dün­ya­da və axi­rətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bilir, siz isə bil­mir­si­niz. 20. Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah şəf­qət­li və rəhm­li ol­masaydı, yaydı­ğınız şayiələrə görə sizi məhv edərdi.
21. Ey iman gətirənlər! Şey­ta­nın izi ilə getməyin. Kim şey­tanın izi ilə getsə, bilsin ki, o şey­tan iyrənc və yaramaz iş­lər gör­məyi əmr edir. Əgər Allahın si­zə lütfü və mərhə­məti olma­saydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. La­kin Allah istədiyini təmizə çı­xar­dır. Allah hər şeyi eşidəndir, hər şeyi bi­ləndir. 22. Qoy aranızda olan fəzi­lət və sər­vət sahibləri qohum­lara, mis­kin­lərə və Allah yo­lun­da hic­rət edənlərə heç bir şey ver­mə­yə­cək­lərinə and iç­mə­sin­lər. Qoy əfv edib bağış­lasınlar. Məgər siz Alla­­hın sizi ba­ğış­la­masını istə­mirsinizmi? Allah Bağışlayandır, Rəhm­lidir. 23. Murdar əməldən xəbəri ol­mayan is­mətli mömin qa­dın­la­rı zi­na­da günah­landıranlar dün­yada və axirətdə lənə­tə düçar olarlar. On­ları böyük bir əzab göz­ləyir – 24. o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barə­sin­də onların əley­hinə şə­hadət verəcəkdir. 25. O gün Allah onlara öz­lə­rinə la­yiq cəzanı tam verəcək və on­lar Allahın Aydın Haqq oldu­ğunu biləcəklər.

İbn Kəsir bu ayələrin təfsirində deyir:

Bu on ayənin hamısı Möminlərin anası Aişə (Allah ondan razı osun) barədə nazil olmuşdur. Münafiqlərdən ibarət olan bir dəstə ona iftira atdıqları zaman Uca Allah bu ayələri nazil etməklə onu qorudu və bu iftiradan təmizə çıxardı. Uca Allah buyurur: “Şübhəsiz ki, Aişə barə­sin­də yalan xəbər gəti­rənlər özü­nüz­dən olan bir dəs­tədir” – yəni bu iftiranı atanlar bir-iki nəfər deyil, bir toplumdur. Bu işin başında münafiqlərin başçısı Abdullah ibn Ubeyy ibn Səlul dururdu. O, bu xəbərləri toplayıb yaymaqla məşğul idi. Hətta bu şübhə bəzi müsəlmanların qulağına da çatdı və bu barədə danışmağa başladılar. Bu vəziyyət yuxarıda qeyd edilən ayələrin nazil edilməsinə qədər təqribən bir ay davam etdi.

Bu hadisənin təfərrüatı səhih hədislərdə rəvayət olunur. İmam Əhməd Peyğəmbərin zövcəsi Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səfərə çıxmaq istədikdə zöv­cələri arasında püşk atardı. Püşk kimə düşsəydi, onu da özü ilə səfərə apa­rardı. Döyüş­lərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Həmin vaxt artıq hicab ayəsi nazil olmuşdu. (Bu səbəbdən də) məni kəcavənin içəri­sində apardılar. (Yol boyu lazım gəldikcə) məni kəcavə ilə birgə yerə endirirdilər. Səfərimiz beləcə davam etdi. Nəhayət, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) döyüşü başa vurub geri qayıtdı. Biz Mədi­nəyə yaxın bir yerdə (dincəlmək üçün) dayan­dıq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) orada gecələ­məyib səfərə çıxmağı əmr etdi. Camaat yola düşməyə hazırla­şarkən Mən (təbii ehtiya­cımı rəf etmək üçün təkbaşına su başına çıxdım və) qoşun­dan uzaqlaş­dım. Ehtiyacımı ödəyib qoşunun yanına qayıtdıqda, yolda əlimi sinəmə toxun­du­rub gördüm ki, Yəmən əqiqindən olan boyunba­ğım qırılıb düşüb. Mən geri qayıdıb onu ax­tar­mağa başladım və bu səbəbdən də yolum­dan qaldım. Bu əsnada, məni müşayiət edən əshabələr mənim kəcavənin içə­ri­sində olduğumu gü­man etdi­lər və onu götürüb mindiyim dəvənin üstünə qoy­dular. O zaman­lar qadınlar az yedikləri üçün yüngül çəkili və incəbelli olurdular. Elə bu səbəbdən də məni müşayiət edənlər kəca­vəni qaldırarkən onun çəkisindəki fərqi hiss etməmişdilər. Mən də o vaxt çox cavan idim. Be­lə­cə, onlar dəvəni sürüb apardılar. Qoşun çıxıb getdikdən sonra mən bo­yun­ba­ğı­mı tapıb düşər­gəyə qayıtdım, lakin artıq orada heç kəs qalmamışdı. Mən on­la­rın məni yerimdə tapmadıqları üçün mütləq dönəcək­lərini güman edib kə­ca­vəmin dayandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxuladım. Həmin vaxt Səfvan ibn Muəttil əs-Suləmi əz-Zəkvani (qoşundan qalan əşyaları top­la­yıb sahib­lərinə qaytarmaq üçün) qoşunun ardınca gəlirdi. O, səhərə yaxın gə­lib mən olan yerə çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxınlaşdı. O, hi­cab ayəsi nazil olmamışdan əvvəl məni görmüşdü (deyə dərhal məni ta­nı­dı). Mən onun: “İnnə lillahi və innə iley­hi raciun" (Biz, Allaha məx­susuq və Ona da qayıdaca­ğıq!) deməsinə oyandım (və dərhal çarşabla üzümü örtdüm). O, dəvəsini yerə çökdürüb ayağını dəvənin qa­baq ayağının üstünə qoydu və mən dəvəyə mindikdən sonra (onun noxta­sın­dan) tutaraq sürüb apardı. Nəhayət, biz, şiddətli isti olduğundan çayın qı­ra­ğında oturub dincini alan orduya yetişdik. Həmin vaxt bir çoxları (mənə if­ti­ra atmaqla) bədbəxt oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Sə­lul idi. Mədinəyə çatdıqdan sonra mən bir ay xəstə oldum. Bu əsnada camaat böhtan atanların söz-söhbətlərini orada-burada danışırdılar. Həmişə xəs­tə­lən­di­yim zaman Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə göstərdiyi qayğını indi ondan gör­mə­mə­yim məni şübhələndirirdi. O, sadəcə olaraq yanıma gəlib salam verir və: “Və­ziy­yətin necə­dir?”– deyib çıxıb gedirdi. Mən sağalanadək bu şərdən xəbərim ol­madı. Sağaldıqdan sonra mən Ummu Mistahla birgə əl-Mənasi deyilən bir yerə getdim. Bura bizim gecədən-gecəyə təbii ehtiyacımızı rəf etmək üçün gəl­di­yi­miz yer idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaq­yolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Mən Ummu Mistah bint Əbu Ruhm ilə yol gedərkən onun ayağı əbasına ilişdi və dedi: “Məhv olsun Mis­tah!” Mən ona dedim: “Sənin dediyin necə də pisdir! Sən Bədr döyüşündə iştirak etmiş bir adamı söyürsən?!” Ummu Mistah: “Ay qız, məgər sən onların nə dediyini eşitmə­misənmi?”– deyə soruşdu, sonra da iftiraçıların dediklərini mə­nə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldikdən sonra Pey­ğəm­bər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yenə mənim yanıma gəldi. O əvvəlki kimi salam verdikdən sonra: “Və­ziy­yətin necədir?”– deyə soruşdu. Mən ona dedim: “İzn ver, vali­deyn­lə­ri­min yanına gedim!” Mənim niyyətim o idi ki, bu xəbərin doğru olub-ol­ma­dı­ğı­nı vali­deynlərimdən öyrənib dəqiq­ləş­dirim. Peyğəmbər r mənə izn verdi. On­da mən valideynləri­min yanına gəl­dim və anamdan: “Camaat nə da­nı­şır?”– deyə soruşdum. Anam dedi: “Qızım, özünü üzmə. Vallahi, çox nadir hal­­larda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və ərin başqa zövcə­ləri onun əleyhinə danışmasınlar.” Mən dedim: “Sübhanəllah! Demək, camaat bu­nu danışırmış.” Mən bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayan­ma­dı və bir anlıq belə yuxu­laya bil­mədim. Vəhyin nazil olması gecikirdi deyə Pey­ğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əli ibn əbu Talibi və Usamə bin Zeydi zövcəsini tərk edib-et­mə­mə­si barədə məsləhət almaq üçün yanına dəvət etdi. Usaməyə gəlincə, Pey­ğəm­bərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim namuslu olduğumu və bizi ürək­dən sevdiyini bildirərək dedi: “Ya Rəsulullah, sənin əhli-əyalın barəsində zərrə qədər də pis bir şey eşit­məmişəm!” Əli ibn əbu Talibin cavabı isə belə oldu: “Ya Rəsulullah, Allah sənə (bu xüsusda) heç bir hədd qoymamışdır; ondan başqa nə çox qadın var. Sən Aişənin xidmətçi­sin­dən soruş, o sənə düzünü deyər.” Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (Aişə­nin xidmətçisi) Bərirəni çağırıb soruşdu: “Ey Bərirə, onda səni şübhə­lən­di­rə­cək bir şey görmüsən­mi?” Bərirə dedi: “Xeyr! Səni haqq ilə göndərən Allaha and olsun ki, ondan bir qəbahət iş görsəydim, onu qına­yardım. Yalnız onu de­yə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğur­duğum xəmiri qo­ru­ma­ğı ona tapşırdıqda o yatar və qoyun gəlib xəmiri yeyərdi.” Abdullah ibn Ubey ibn Səlul dedi­yinə görə üzrxahlıq istəsin deyə, həmin gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) minbərə qal­xıb dedi: “(Ey müsəlmanlar!) Kim mənim zövcəmə əziyyət verən adamın itti­ham­larını rədd edib zövcəmə bəraət qazandıra bilər? Vallahi, mən zövcəm­dən xeyirdən başqa bir şey görmə­mişəm. Eləcə də ittiham olunan ki­şi­nin (Səfvan ibn Müəttilin) pis bir hərəkət etdiyi də mənə məlum deyil. O heç vaxt mənsiz bizim evə daxil ol­mayıb.” Bu vaxt Səd ibn Muaz ayağa qalxıb dedi: “Ya Rəsulullah, vallahi ki, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər ittiham edən şəxs Ovs qəbilə­sindəndirsə, biz onun boy­nunu vurarıq, yox əgər qar­daşlarımız olan Xəzrəc qəbiləsindəndirsə əmr et, sənin əm­rini yerinə yeti­rək.” Bu vaxt Xəzrəc qəbiləsinin başçısı Səd ibn Ubadə dedi: “Vallahi, sən ya­lan danışdın! Sən onu nə öldürənsən, nə də öldür­məyə qadirsən!” O, əmə­li­sa­leh adam idi, lakin buna rəğmən tayfabazlıq etdi. Bu sözdən sonra (Səd ibn Mu­azın əmisi oğlu) Useyd ibn Xudeyr qalxıb (Səd ibn Ubadəyə) dedi: “Val­la­hi, sən yalan danış­dın! Biz onu mütləq öldürərik. Həqiqətən də, sən mü­na­fiq­sən və müna­fiqləri müdafiə edirsən”. Beləliklə, Xəz­rəc və Ovs qə­bilələri ara­sın­da elə bir çax­naşma düşdü ki, az qala bir-birlərini öldürəcək­di­lər. Bu vaxt Pey­ğəm­­bər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) minbərdə idi. O, dərhal minbərdən enib onları sakitləşdirdi və özü də susdu. Mən daha bir gün dayanmadan ağladım və bütün gecəni oyaq qal­dım. Səhərisi gün valideynlərim mənim bir gün yarım dayanmadan ağ­la­dı­ğı­mın şahi­di olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mə­nim yanımda ikən, ənsar qadınlarından biri mənim yanıma gəlmək üçün izn is­tədi və gəlib mə­nimlə bərabər ağladı. Elə bu vaxt Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) içəri daxil ol­du və (salam verib) otur­du. Bu söz-söhbət başlanandan bəri o mənim yanım­da otur­mamışdı. Bir ay keçmə­sinə baxmaya­raq, mənim barəmdə heç bir ayə na­zil olmamışdı. O, şəhadət gətirdikdən sonra dedi: “Ey Aişə, sənin barəndə mənə filan-filan xəbərlər çatıb. Əgər günah­kar deyilsənsə, Allah səni təmizə çı­xarda­caq. Yox, əgər günah iş görmüsənsə, Allahdan bağışlanma dilə, tövbə et! Həqi­qətən, əgər bəndə öz gü­nahını etiraf edib tövbə edərsə, Allah onun töv­bəsini qəbul edər.” Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözünü qurtardıqdan sonra mənim göz ya­şım kə­sildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama: “Allahın el­çisinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cavab ver!”– dedim. O dedi: “Vallahi, Mən bilmi­rəm, Allahın el­çi­si­nə r nə deyim.” Sonra mən anama: “Allahın elçisinə r cavab ver”– dedim. O dedi: “Vallahi, mən bilmirəm, Allahın elçisinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə deyim.” Mən az yaşlı qız uşa­ğı olduğum üçün, Qurandan çox dəlil-sübut bilmədiyimə görə dedim: “Val­lahi, hər şey mənə bəlli oldu. Siz insanların danışdıq­ları bütün bu söh­bət­lə­ri eşit­diniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız olduğumu desəm, – Allah da bilir ki, həqiqə­tən, mən gü­nahsı­zam, – siz mənə inanmayacaqsınız. Yox əgər günahkar olduğumu eti­raf etsəm, – Allah da bilir ki, mən o günah­dan uzağam, – siz buna inana­caq­sı­nız. Vallahi, mən həm özümə, həm də sizə ancaq Yusufun atası Yaqubun de­di­yini misal çəkə bilərəm. Bir zaman o belə demişdir: “Mənə gözəl səbir gə­rək­dir. Söylədik­lərinizin müqabilində Allah­dan kömək diləmək lazımdır.” (“Yusuf” surəsi, 18.) (Bunları deyəndən) sonra mən gedib yerimə uzandım. Mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Lakin, vallahi, mən heç vaxt inan­mazdım ki, Allah mənim günahsız olduğum barədə vəhy na­zil edə­cək. Quranda mənim bu işim haqqında danışılacağını mən özümə rəva bil­mirdim. Mən ümid edirdim ki, Allahın el­çisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə bəraət qazandıracaq bir yuxu görəcək. Vallahi, Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç yerindən qalxmamış və ev əhlin­dən də hələ bir kəs çolə çıxmamış ona vəhy nazil oldu. O, hər dəfə vəhy na­zil olduğu zaman düşdüyü görkəmi aldı. Endirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirdi və qış gü­nündə belə ondan mirvari dənəsi kimi dam­la-damla tər tökülməyə başladı. Vəhy nazil ol­duqdan sonra o güldü. Mənə dediyi ilk söz isə bu oldu: “Ey Aişə, Allaha həmd et! Allah səni təmizə çıxartdı.” Anam mənə dedi: “Qızım, qalx Allahın elçisinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (təşəkkür et)!” Mən dedim: “Vallahi, mən nə ona təşəkkür edəcəyəm, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm!” Uca Allah da bu ayələri nazil etdi: “Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gəti­rənlər özünüzdən olan bir dəstədir...” (ən-Nur surəsi, 11-21.) Allah mənə bəraət qazandıran bu ayələri nazil etdikdən sonra, qohum­luq əlaqələ­ri xatirinə və kasıb olduğuna görə, öz malından Mistah bin Usasə­yə xərcləyən Əbu Bəkr əs-Sid­diq dedi: “Vallahi, Mistah Aişə barə­sində belə de­dikdən sonra mən ona malımdan heç bir şey verməyəcəyəm.” Uca Allah da bu ayəni nazil etdi: “Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohum­la­ra, miskin­lərə və Allah yolunda hicrət edənlərə heç bir şey ver­mə­yə­cək­lə­ri­nə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Alla­hın sizi bağışla­ma­sını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.” (ən-Nur” surəsi, 22.) Əbu Bəkr dedi: “Xeyr, vallahi, mən istəyirəm ki, Allah məni bağışla­sın!” O, yenə də malından xərcləməyinə davam etdi (və dedi: “Vallahi, mən heç vaxt malımı Mistahdan əsirgəməyəcəyəm!)” Allahın elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zeynəb bint Cəhşdən mənim barəmdə soruşub dedi: “Ey Zeynəb, sən nə deyə bilirsən, nə görmüsən?” O dedi: “Ey Allahın elçisi, mən gö­zümü, qulağımı (görmədiyim və eşitmədiyim şeylər­dən) qoruyuram! Mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm.”

Bu həmin Zeynəbdir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri arasında gözəlliyi və Pey­ğəm­bə­rin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Lakin bu­nun pis aqibə­tindən qorxduğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu.” (əl-Buxari, 2661).

Uca Allah buyurur:

26. Murdar qadınlar mur­dar kişilərə, murdar kişilər isə mur­dar qa­dın­lara, elə­cə də təmiz qadınlar təmiz kişilərə, tə­miz kişilər də tə­miz qa­dın­lara la­yiq­dir­lər. Bun­lar ifti­ra­çıların söy­lədiklə­rindən uzaq­dırlar. On­la­rı bağışlanma və bolluca ruzi göz­ləyir.

İbn Abbas bu ayənin təfsirində demişdir: "Yəni pis sözlər pis insanlara layiqdir, pis insanlar da pis sözlərə layiqdirlər. Yaxşı sözlər isə yaxşı insanlara layiqdir, yaxşı insanlar da yalnız yaxşı sözlərə layiqdirlər. Bu ayə Aişə (Allah ondan razı olsun) və ona iftira atanlar barədə nazil olmuşdur". Aişə barədə isə Uca Allah: "Bun­lar ifti­ra­çıların söy­lədiklə­rindən uzaq­dırlar" - buyurur. 

Abdur-Rahmən ibn Zeyd ibn Əsləm isə bu ayə barədə demişdir: "Yəni murdar qadınlar mur­dar kişilərə, murdar kişilər isə mur­dar qa­dın­lara, elə­cə də təmiz qadınlar təmiz kişilərə, tə­miz kişilər də tə­miz qa­dın­lara la­yiq­dir­lər". Yəni, Uca Allah Aişəni (Allah ondan razı olsun) təmiz olduğu üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcəsi etmişdir. Çünki o, pak və təmiz qadınların ən təmizidir. Əgər belə olmasaydı, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) layiq olmazdı. Bu ilahi qayda həm şəriətin dəlillərinə, həm də həyat təcrübəsinə əsasən belədir. Bu səbəbdən Uca Allah Peyğəmbər və Aişə barəsində: "Bun­lar ifti­ra­çıların söy­lədiklə­rindən uzaq­dırlar" - buyurur. Yəni, onlar düşmənlərin dedikləri iftiradan uzaqdırlar. "On­la­rı bağışlanma" - yəni, onlara atılan bu böhtana görə "və bolluca ruzi göz­ləyir" - Allah qatında Cənnət gözləyir. Bu ayə Aişənin (Allah ondan razı olsun) Cənnətdə də Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcəsi olmasına müjdədir. (Bax: Təfsir İbn Kəsir, 11-26-cı ayələrin təfsiri).

Uca Allah buyurur:

27. Ey iman gətirənlər! Öz­gə evlərə icazə almadan və on­ların sa­kin­lərinə sa­lam vermə­dən gir­məyin. Bu sizin üçün daha yax­şı­dır. Bəlkə, düşünüb ibrət ala­­sınız.

28. Əgər orada heç kəsi tap­masanız, sizə izin veril­məyin­cə ora­ gir­məyin. Sizə: “Qa­yı­dın!”– deyilsə, qayıdın. Bu si­zin üçün da­ha təmiz­dir. Allah nə et­diklə­rinizi bilir.

29. İstifadə edə biləcəyiniz və yaşa­yış üçün olmayan ev­lə­rə izin­siz da­xil ol­maq sizin üçün günah deyildir. Allah sizin aş­kara çıxar­dığınızı da, gizlində sax­ladı­ğınızı da bilir."

Bu ayələrdə Uca Allah mömin qullarına icazə istəməklə bağlı şəriət ədəblərini öyrədir. Uca Allah möminlərə özlərinə məxsus olmayan evlərə icazə olmadan daxil olmağı qadağan edir. Yəni, əvvəlcə icazə alınmalı, sonra isə evin əhlinə salam verilməlidir. İzn istəyən adam üç dəfə izin istəməli, izn verilməsə, dönüb getməlidir. Rəvayət olunur ki, bir dəfə Əbu Musa əl-Əşari Ömər ibn Xəttabın qapısını döydü, lakin ona (içəri daxil olmaq üçün) izn veril­mədi. De­yə­­sən, Ömər məşğul idi. Odur ki, Əbu Musa qayıdıb getdi. Ömər işini qur­tar­dıq­­dan sonra dedi: "Mən Abdullah ibn Qeysin səsini eşitdim, deyilmi? Ona izn ve­rin gəlsin!” Ömərə: “O çıxıb getdi”– dedilər. Ömər onu çağırt­dırdı (və on­dan qayıdıb getməyinin səbəbini soruşdu). Əbu Musa dedi: “Bizə belə əmr edi­lərdi." Ömər dedi: “Bu dediyini əsaslan­dırmaq üçün dəlil gətir­mə­lisən.” Əbu Musa ən­sarın məc­lisinə gəlib (bu haqda) onlar­dan soruşdu. Onlar dedilər: “Bu­na bi­zim ən kiçiyimiz Əbu Səid əl-Xudri şahidlik edər.” O, Əbu Səid­lə birgə Ömərin yanına gəldi. Ömər dedi: “Pey­ğəm­bərin buyurduq­larında məndən gizli qalanımı var? Bazarlar­dakı alış-veriş məni bu iş­dən yayındır­mışdır.” (əl-Buxari, 2062).

Həmçinin bilmək lazımdır ki, icazə alarkən üzü qapıya, ev sakinlərinə tərəf tutmaq olmaz. Qapını döydükdən sonra ya sağ tərəfə, ya da sol tərəfə dönmək lazımdır. Əbu Davud Abdullah ibn Busrdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər bir nəfərin evinə gəlib qapını döydükdə üzü qapıya tərəf dayanmazdı. Sağ tərəfini və ya sol tərəfini qapıya tərəf tutardı və deyərdi: "Əssələmu aleykum, əssələmu aleykum". Çünki o vaxtlar qapılarda örtük olmazdı. 

"İstifadə edə biləcəyiniz və yaşa­yış üçün olmayan ev­lə­rə izin­siz da­xil ol­maq sizin üçün günah deyildir". Bu ayə əvvəlki ayədən daha xüsusi məna daşıyır. Belə ki, bu ayə qonaqlar üçün hazırlanmış evlər kimi heç kəsin yaşamadığı, lakin istifadə üçün nəzərdə tutulmuş evlərə izinsiz daxil olmağın icazəli olmasına dəlalət edir. Əgər bir dəfə qalmağa icazə verilibsə, kifayətdir. Bəzi alimlər ayədə nəzərdə tutulan evlərin tacirlər, səfərdə olanlar və Məkkə ətrafında zəvvarlar üçün nəzərdə tutulan evlər olduğunu bildirmişlər. Həmçinin oxuyun:


2) Müsəlmanın Allah üçün etdiyi yaxşı əməlin ixlaslı olması üçün onu gizlətməsi bəyənilən əməldir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yaxşı əməllərini gizlədənləri müjdələmişdir. Səhih hədisdə verdikləri sədəqələri gizlədənlər Qiyamət günü heç bir kölgənin olmadığı bir gündə Ərşin kölgəsində kölgələnəcəkləri barədə bildirilir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olma­ya­cağı bir gündə kölgəsi altında kölgələn­dirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”- deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi". (Muslim, 1031). 

Lakin buna nail olmaq üçün yalan danışmaq olmaz. Çünki yalan danışmaq haramdır. Peyğəm­bər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üç dəfə: “Sizə günahların ən böyük­ləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rə­sulallah!”– deyə cavab verdilər. Peyğəm­bər: “Allaha şə­rik qoşmaq, valideyn­lərin üzünə ağ olmaqdır", – deyib söy­kəndi. Sonra yerindən qalxıb oturdu, "və yalan söz danışmaqdır”– dedi”. (Sünən ət-Tirmizi). Həmçinin oxuyun:


Paylaş: