Üç və dörd rükətli namazlar necə qılınır?

    22.10.2019
Kimdən: 
Rizvan
Sual: 
Salamun alekum. 4 ruketli ferz namazinin ve 3 ruketli ferz namazinin qiliniw terzini yazardiz da xahiw. Onceden tewekkurler
Cavab: 

Va aleykum Salam. Üç və dörd rükətli namazlar iki rükətli namaz kimi qılınır, sadəcə ikinci rükətdə təşəhhüdü dedikdən sonra salam vermirik və üçüncü rükətə qalxırıq. Üçüncü rükəti də birinci rükət kimi adi qaydada qılırıq. Üç rükətli namazda səcdələri etdikdən sonra təşəhhüdü deyib salam veririk və namazı bitiririk. Dörd rükətli namazda isə təşəhhüdü demirik üçüncü rükətdən sonra dördüncü rükət üçün ayağa qalxırıq və adi qaydada qılıb təşəhhüd üçün otururuq və təşəhhüddən sonra salam verib namazı bitiririk. Namazın qılınma qaydasını göstərən videoya buradan baxa bilərsiniz:

Teqlər: 
Paylaş: