Qorxduğuma görə özümü narahat hiss edirəm, bu hal nədən ola bilər?

    23.10.2019
Kimdən: 
Elməddin
Sual: 
Qorxub səksənmişəm . Özümü qəribə hiss edirəm. Sanki bədənimdə üşütmə var. Halsızam. Gündüz yox, axşam halsızlaşıram. Bədənimə üşütmə gəlir. Nədəndi?
Cavab: 

Əssələmu aleykum. Uca Allah hər bir xəstəliyin dərmanını yaratmışdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin". (Muslim "Salam". 69, №: 2204; İmam Əhməd "Musnəd", 3/335). 

Hər bir halda, özünüzü pis hiss edirsinizsə, həkimə müraciət etməyinizi məsləhət görürük. Həmçinin, əl-Bəqərə surəsinin 255-ci "Kürsü ayəsini" fərz namazlarından sonra, yatağa girdikdə və ya qorxu hiss etdikdə oxuyun. Xüsusən də, yatağa girərkən oxuyana səhər açılanadək şeytan yaxın gəlməz. Peyğəmbər demişdir: "Yatarkən Kürsü ayəsini oxuyan səhərə qədər qorunar və şeytan ona yaxın gəlməz" (əl-Buxari, 2311). 

Həmçinin, səhər-axşam zikrlərini edin və əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini tez-tez oxuyun. Həmçinin, bu cavabları oxuyun:

Səhər və axşam zikrləri

Quranla müalicə

Ruqyə necə edilir və ruqyə ayələrinin oxunuşu

Teqlər: 
Paylaş: