Əmioğlu ilə əmiqızının kəbininin Allah tərəfindən kəsilməsi fikri doğrudurmu?

    23.10.2019
Sual: 
Salam emi oğlu emi qızının kebinin allah yuxarda kesib deyrler düzdümü
Cavab: 

Va aleykum Salam. Dinimizə görə əmioğlu ilə əmiqızı evlənə bilər. Lakin onların kəbinin xüsusi olaraq Allah yanında kəsilməsi barədə bir məlumat yoxdur. Ola bilsin ki, bu deyim Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın buyruğu ilə öz əmisi qızı Zeynəb bint Cəhşlə (Allah ondan razı olsun) evlənməsindən və bu barədə Quran ayəsinin nazil olmasından qaynaqlanır. Bu barədə əl-Əhzab surəsinin 37-ci ayəsi nazil olmuşdur. Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Zeynəb bint Cəhş (Allah ondan razı olsun) Peyğəmbərin zövcələri arasında fəxr edərək belə deyərdi: "Sizi ailələriniz evləndirdi, məni isə Uca Allah yeddi qat səmanın üzərində (barəmdə Quran ayəsi nazil etməklə) evləndirdi" (əl-Buxari, 7420).

Lakin, bu, hər kəsə aid olmayan, yalnız Peyğəmbərə aid edilən bir məsələ idi. Həmçinin oxuyun:


Teqlər: 
Paylaş: