Məğrib namazının vaxtı nə zaman girir?

    28.10.2019
Kimdən: 
Eylül
Sual: 
Salam aleykum.meğrib namazini gun batan vaxt qilmaq olarmi yoxsa biraz gozlemek lazimdir? Cox adam deyir gun batan vaxt mekruh vaxtdir. 2. Peygemberimiz sallahu akeyhi ve sellem, gunes batib GOZDEN İTDİKDEN sonra megribi qilardi ne demekdir? Gun batandan sonra biraz gozleyek yeni? 3. Bu saytdaki megribin vaxti duzdur?
Cavab: 

Va aleykum Salam.
1. Məğrib namazının vaxtı günəş üfüqdə gözdən itdikdən sonra girir. Əlavə gözləməyə ehtiyac yoxdur. Günəş üfüqdən tam getdikdən sonra dərhal Məğrib namazını qılmaq olar. Əksinə, Məğrib namazını gecikdirmək bəyənilmir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətim Məğrib namazını ulduzlar görünən vaxta qədər gecikdirməyənə qədər, xeyir içərisində, yaxud fitrət üzərində olarlar". (Sunən Əbu Davud, 414).
2. Namazın məkruh vaxtlarından biri də günəş üfüqdə tam batmadığı vaxtdır və bu vaxtda səbəbsiz nafilə namazları qılmaq qadağandır. Hədislərdə bildirilir ki, Peyğəmbərimiz (Allahın ona, ailəsinə və əhli-əyalına salavatı və salamı olsun) günəş üfüqdə gözdən itdikdən sonra Məğrib namazını qılardı. Bu, günəşin işığının tam itməsi demək deyil. 
3. Bizim saytdakı namaz vaxtları doğrudur və dünyada məşhur olan, əksər mobil proqramlarda və saytlarda istifadə olunan standart alqoritm əsasında hesablanır:
http://praytimes.org/calculation 

Həmçinin oxuyun:
Nmazın vaxtları barədə
Namazın vaxtları ilə bağlı hədis
Günün istənilən saatında nafilə namaz qılmaq olar?

Teqlər: 
Paylaş: