Lakla namaz qılmaq olarmı?

    12.11.2019
Kimdən: 
Ofelya
Sual: 
Salamaleykum .bilmək olmarmı lakla namaz qılmaq olarmı
Cavab: 

Va aleykum salam. Dırnaqda lak ola-ola dəstəmaz almaq düzgün sayılmır. Çünki dəstəmazın şərtlərindən biri odur ki, dəstəmaz alarkən su dəstəmaz əzalarının hər yerinə dəyməlidir. Lak isə dırnaqlara suyun çatmasına mane olur. Dəstəmaz düzgün alınmadıqda onunla qılınan namaz da batildir. Çünki dəstəmazsız namaz sayılmır. Əgər lak dırnağa dəstəmaz alındıqdan sonra çəkilmişsə, bu halda lakla namaz qılmaq namaza təsir etmir. Lakin növbəti namaz üçün dəstəmaz almaq lazım gələrsə, dəstəmazın düzgün olması üçün lak mütləq dırnaqdan təmizlənməlidir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: