Ailədə dava-dalaş salan ataya münasibət necə olmalıdır?

    21.11.2019
Sual: 
Əs Sələmu Aleykum va Rahmətullahi va Bərakətuhu. Mən bir dəfə atamı evdən qovmuşam və peşman olmuşam, tövbə etmişəm. Amma ikinci dəfə qovmamışam. Sadəcə demişəm ki başqa evdə qal, bizimlə qalma. Çünki sən anamla yola getmirsən. Hər dəfə sözləri uyğun gəlməyəndə anamı döyür, söyür və 5 uşağına qarşı çox hörmətsizlik edir və əsəblərini korlayır. Atamın getməyini istəməyim xoşluqla oldu. Danışırıq da, gəlib-gedir də amma yenə də narahatçılıq keçirirəm. Bilmək istəyirəm ki başqa nə edə bilərəm? 6 nəfər ibadət edir, atamsa yox. Xahiş edirəm cavablandırasınız. Allah elminizə bərəkət versin! Əs Sələmu Aleykum.
Cavab: 

Va aleykum salam. Bacardığınız qədər valideynlərinizin arasını düzəldin, atanızın geri qayıtmasına şərait yaradın və onunla gözəl rəftar edin. Həmçinin oxuyun:

Ata ilə küsülü qalmaq olarmı?

Ailə münaqişələri

Teqlər: 
Paylaş: