Telefondan Quran oxumağın savabı varmı?

    25.11.2019
Kimdən: 
Aydin
Sual: 
Salam Telefondan quran ayesi oxumanin savabi varmi?
Cavab: 

Va aleykum Salam. Quranın hər hərfinə görə on savab verilir. Telefondan və Quran kitabından oxumağın savab baxımından fərqi yoxdur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu xüsusda buyurur: "Kim Allahın Kitabından bir hərf oxuyarsa buna görə ona savab yazılar. Hər savab on misli qədər artırılar. Demirəm ki, "Əlif, Ləm, Mim" bir hərfdir, lakin "Əlif" bir hərfdir,"Ləm" bir hərfdir, "Mim" bir hərfdir". (ət-Tirmizi, 2910).
Lakin, Quran kitabından oxumaq daha yaxşıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allah və Rəsulunun onu sevməsini istəyirsə, qoy Quranı Mushafdan (Quran kitabından) oxusun". (Əbu Nueymin "əl-Hilyə" əsəri, 7/209). Quran oxumağın savabı barədə ətraflı bu linkləri oxuyun:
Quran oxumağın savabı haqqında
Quranı Azərbaycanca oxumağın savabı varmı və oxuyanda dəstəmaz vacibdirmi?

Teqlər: 
Paylaş: