Xəvaric əqidəli adamın qızı ilə evlənmək olarmı?

    03.12.2019
Kimdən: 
Ruslan
Sual: 
Əssalamu Aleykum. "Xəvaric"in qızı ilə evlənmək olar?
Cavab: 

Va aleykum salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlənərkən qadının dinini əsas götürməyi buyurmuşdur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan" (əl-Buxari, 5090).

Dindar dedikdə, ilk növbədə qadının düzgün əqidədə və əxlaqa sahib olması, bidətçi (bidəti yayan) olmaması, ibaadətlərində səhlənkar olmaması və s. nəzərdə tutulur. "Xəvaric" əqidəsi özlərini İslama və Əhli-Sünnəyə nisbət edən batil əqidələrdən ən təhlükəli və ən xəbis olanıdır. Peyğəmbərimiz onları: "Onlar yaradılmışların - insanların və heyvanların - ən şərliləridirlər" - adlandırmışdır. Bu səbəbdən alimlər xavaric əqidəsində olan insanlara salam verməyi, onlarla iş birliyi qurmağı, oturub-durmağı qadağan etmişlər. Buna səbəb isə onların batil fikirlərinə və şübhələrinə düşməkdən qorunmaqdır. Qohum olmaq məsələsi ilə daha önəmlidir. Çünki siz istər-istəməz qohum olduğunuz ailə ilə yaxınlıq edəcəksiniz, siz onları, onlar da sizi məclislərə dəvət edəcəklər və nəticədə xəvariclərin batil fikirlərinə və şübhələrinə düşə bilərsiniz. Həmçinin, ola bilsin, xəvaricin qızı atasının fikirlərindən təsirlənmiş olsun və gələcəkdə sizin özünüzü belə onunla razılaşmadığınız hansısa bir məsələyə görə kafir saysın və övladlarınızı öz batil tərbiyəsi ilə böyütsün. Həmçinin, adətən bidət əhli yalnız öz əqidələrində olan insanlarla qohum olurlar. Bu səbəbdən xəvaricin qızı ilə evlənərkən bunları nəzərə almaq lazımdır. Əgər bu hallar varsa, yaxşı olar ki, o qızla evlənməyəsiniz. Əgər qız düzgün əqidədə olarsa və atasının batil əqidədə olduğunu etiraf edərsə və siz də gələcəkdə onu valideyninin təsirindən qoruya biləcəksinizsə, bu halda onunla evlənə bilərsiniz. Həmçinin, bu linkləri oxuyun:

Təkfirçilər və xəvariclər kimlərdir və onları hansı əlamətlərinə görə tanımaq olar?

Nikah

Teqlər: 
Paylaş: