Nişanlı oğlanla qız dini mövzularda və gələcək evliliklə bağlı telefonda yazışa bilərlərmi?

    07.01.2020
Sual: 
Sələmun aleykum. Allah elminizə bərəkət versin. Bir neçə sualım var: 1) Əgər mən birisini sevirəmsə və niyyətim safdırsa, fikrim ciddidirsə onu sevməyim günahdırmı? 2) Əgər mən biri ilə nişanlıyamsa və o cahildirsə, ona islamın əmr və qadağalarını başa salmaq üçün yazmağım doğrudurmu? 3) Ümumiyyətlə yazışmağa nə vaxt icazə verilir?
Cavab: 
Va aleykumus-Sələm. Evlənmək niyyəti ilə bir insanı sevmək günah sayılmır. Bu, Uca Allahın Adəm övladının fitrətində yaratdığı təbii bir hissdir. Uca Allah bu xüsusda buyurur: "Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır". (ər-Rum, 21).
Lakin, bu sevgi gərək insanı Allahın qoyduğu hüdudları aşmağa sövq etməsin. Həmçinin oxuyun: Sevib, sevilmək barədə
İslam şəriəti dinə dəvət məqsədilə olsa belə, kəbin kəsilmədən qızla oğlanın bir-biri ilə şəxsi mesajlarla yazışmasını qadağan edir. Yalnız kəbin kəsdirdikdən sonra yazışmaq icazəlidir. Əgər nişanlınıza dinlə əlaqəli bir məsələni çatdırmaq və ya evliliklə bağlı hər hansı məsələni müzakirə etmək istəyirsinizsə, yaxşı olar ki, bunu qıza məhrəm olan bir kəsin və ya sizə yaxın olan bir qadın (ana, bacı və s.) vasitəsilə edəsiniz. Bunun başqa bir yolu isə yazışma proqramlarında qadına məhrəm olan bir kəsin iştirakı ilə qrup yaratmaqdır və siz o qrupda qızla dinlə və ya gələcək evliliklə əlaqəli sualları müzakirə edə bilərsiniz. Həmçinin oxuyun: Nişanlıların nələri etməsi qadağandır?
Teqlər: 
Paylaş: