Gördüyüm pis yuxu səbəbindən sıxıntı keçirirəm, nə edim?

    12.03.2020
Kimdən: 
Nigar
Sual: 
Sizi salamlayiram yaxwiki varsiz Men namaz qilan biriyem ve dinime bagliyam gunlerin birinde bir yuxu gordum ve butun heyatim alt ust oldu sanki indi her weyden qorxuram bawima nese geleceyinden xeste olub kimese mohtac olacagimdan ve s bu weytanin vesvesesidirmi Allah qorxusudurmu bilmirem coxlu zikr edirem dua edirem ayetul kursu feleq nas sureleri dilimden duwmur amma yenede o qorxu canimdan cixmir yata bilmirem gozumu yuman kimi canima sixinti gelir boguluram cox xaiw edirem mene meslehet verin sizin yardiminiza ehtiyacim var onceden tewekkur edirem Allah sizin kimi insanlardan razi olsun
Cavab: 

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizi və bütün müsəlmanları hər cür pislikdən və şeytanın hiylələrindən qorumasını diləyirik. Həqiqətən Uca Allah ən gözəl qoruyandır. O, mərhəmət­lilərin ən rəhmli­si­dir. Bilin ki, yuxular heç də həmişə Allahdan olmur. Bəzən yuxular şeytandan olur və bununla şeytan insanı vəsvəsəyə salmaq və kədərləndirmək istəyir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə demişdir: "Qiyamət yaxınlaşdıqca, müsəlmanın yuxusu çox nadir hallarda yalan çıxacaq. Bilin ki, sizlərdən yuxusu doğru çıxanlar, doğru danışanınızdır. Möminin yuxusu peyğəmbərliyin qırx beş əlamətindən biridir. Yuxu üç cürdür: "Biri yaxşı yuxu, bu yuxu Allahdan müjdədir, digəri şeytan­dan olan kədərli yuxu, üçüncüsü isə insanın gündəlik düşündüyü şeylərdir. Əgər sizlərdən biriniz xoşlamadığı bir şey görərsə, qalxıb namaz qılsın! Onu insanlara danışmasın!" (Muslim, 2263). Buna görə də ehtimal olunur ki, gördüyünüz yuxu şeytandandır. Bu cür yuxulara fikir verməyin və unudun. Gələcəkdə belə yuxu gördükdə şeytanın şərindən Allaha sığının (Əuzu billəhi minəş-şeytanir-racim) deyin, sol tərəfinizə üç dəfə tüpürün və bu yuxunu heç kimə danışmayın. Həmçinin qalxıb iki rükət namaz qılmaq da müstəhəbdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə demişdir: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (Səhih əl-Buxari, 6985). Həmçinin oxuyun:
Yuxu haqqında
Yuxular çin çıxırmı?

 

Teqlər: 
Paylaş: