Cənabətli halda qida qəbul etmək olarmı?

    12.03.2020
Kimdən: 
~~~
Sual: 
Əssəlamu aleykum. Sual beledir ki, qüsl olmadan yemek yemek olarmı?
Cavab: 
Va aleykumus-sələm. Cənabətli ola-ola qüsl almadan qida qəbul etmək olar. Ümumiyyətlə qüslu olmayan insana qüsl alana qədər aşağıdakı beş əməli etmək qadağandır:
1) Namaz qılmaq;
2) Quran oxumaq;
3) Qurana toxunmaq;
4) Kəbəni təvaf etmək;
5) Məscidə girmək, yalnız yolüstü keçən istisnadır.
Bundan başqa əməlləri etməyə icazə verilir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün o, cənabətli olduğu halda Mədi­nənin küçə­lərindən birində Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rastlaşdı. O, Peyğəm­bərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) aralanıb getdi, sonra da qüsl alıb geri qayıtdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ondan: "Harada idin, ey Əbu Hurey­rə?" - deyə soruşdu. Əbu Hureyra: "Cənabətli idim. Odur ki, təmiz olmadığım hal­da sənin yanında oturmaq istəmə­dim"– deyə cavab verdi. Peyğəmbər (Allahın na və ailəsinə salavatı və salamı olsun): "Sub­ha­nəllah! Mömin murdar olmaz" – dedi. (Səhih əl-Buxari, 283). Lakin, əgər imkan varsa, cənabət qüslunu tezləşdirmək daha yaxşıdır. Əgər qüsl almaqda çətinlik olarsa, ən azından dəstəmaz almaq lazımdır. Çünki mələklər qüsulsuz insana yaxınlaşmırlar. Bu xüsusda Peyğəmbərimiz (Allaın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz almağı istisnadır". (Əbu Davud, 4182). Hədisdə zəfəran tərkibli ətirin kişiyə qadağan olunmasının səbəbi, bu ətirin qadınlara xas olmasıdır və bu ətiri kişi vurarsa, özünü qadına bənzətmiş olar. Həmçinin oxuyun:
Cunub olan bir şəxsin olduğu evə mələklər girirmi?
Cünub olduqda dərhal, yoxsa gözləyib qüsul almaq lazımdır?
Qüsl almadan yatmaq olarmı?

 

Teqlər: 
Paylaş: