Yaşadığın yerdən neçə km məsafə yol getdikdən sonra səfər sayılır?

    09.04.2014
Sual: 
Salam aleykum. Sefer zamanı bildiyimiz kimi namazı qısaltmalıyıq. Bəs bu səfər deyiləndə nə qədər məsafə nəzərdə tutulur? Məsələn mən 2 saatlıq olan bir yerə qonaq gedirəmsə, bu səfər sayılırmı?
Cavab: 

Aleykum salam. Səfər saat və ya məsafə ilə ölçülmür. Camaat arasında səfər kimi qəbul olunan məsafə getdikdə, səfərə getmiş sayılırsınız. Məsələn, Bakıdan Sumqayıta getdikdə, səfərdə olduğumuzu demirik. Amma Bakıdan Qubaya gedəndə, camaat bunu səfər hesab edir. Həmçinin, səfər hesab olunacaq məsafə anlayışı ölkələrə, yerlərə görə fərqlənir.

Teqlər: 
Paylaş: