Dövlət nikahının pozulması şəriətə görə boşanma sayılırmı?

    12.03.2020
Kimdən: 
Bəndə
Sual: 
Şiyə etiqadına görə kişi zaksla qadinin boşanmasına razıdırsa ve boşanma baş tutuduğdan sonra qızın atası kebin kağızının əqdini mollaya geri oxutdurursa yeni kəbindən boşamani kişidən soruşmadan edirse ,kebin boşanmasi baş tuturmu ?
Cavab: 
Əssələmu aleykum. Əgər kişi arvadını boşadığını bildirməyibsə, nikahın sadəcə dövlət tərəfindən pozulması heç də şəriətə görə boşanma sayılmır. Boşanma yalnız kişinin həyat yoldaşına "səni boşadım" və ya bu mənanı ifadə edən sözlər deməsi ilə baş verir. Bundan sonra kəbin kağızı qüvvədən düşür və heç bir əhəmiyyət daşımır. Ona görə də, boşandıqda kiminsə yanına gedib talaqla (boşanma ilə) bağlı hər hansı bir duanı geri oxutdurmağa ehtiyac yoxdur. Uca Allah Quranda nikah müqaviləsinin kişinin əlində olduğunu bildirərək buyurur: "Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır". (əl-Bəqərə, 237). 
İbn Kəsir bu ayənin təfsirində deyir: "İbn Əbu Hatim rəvayət edir ki, Şureyh demişdir: "Bir dəfə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məndən əlində nikah müqaviləsi olan kəs barədə soruşdu. Mən ona: "O, qadının vəlisidir (himayədarıdır)" - dedim. Əli (Allah ondan razı olsun) dedi: "Xeyr, əlində nikah müqaviləsi olan kəs ərdir". (əd-Dəraqutni, 3713, 3757; əl-Beyhaqi "Sunənul-Kubra" 14223, 14835). Sonra İbn Əbu Hatim Səid ibn əl-Museyyib, Səid ibn Cubeyr, Mucahid, əş-Şa'bi və başqalarından nigah müqaviləsinin ərin əlində olmasını rəvayət etmişdir". Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: