Boşandıqda mollanın yanına gedib talaq duası oxutdurmaq lazımdırmı?

    22.11.2016
Kimdən: 
Sabirabadli
Sual: 
Salam eleykum.En boyuk promlemmiz oduku yasadigimiz yerde talaq oxumurlar gedib mollaya deyende boyuk miqdarda pul isteyir ve deyir Bakidadi.Bu sebebden talaq oxutdurmaq isteyenler oxutdurmurlar amma kebini ele yaxsi kesirler ki hetta birinci kebini pozulmamis qadinada.Buna care tapin xahis
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə boşanmaq qadınla kişinin arasında həll olan bir məsələdir. Ona görə də boşandıqda kiminsə yanında gedib talaqla bağlı hər hansı bir duanı oxumağa ehtiyac yoxdur. Quranda və səhih hədislərdə belə bir şey deyilməyib. Ümumən kişinin qadına "səni boşadım" deməsi və ya talaq niyyəti ilə buna oxşar başqa söz deməsi artıq boşanmanın baş verməsi sayılır. Bundan sonra kəbin kağızı qüvvədən düşür və heç bir əhəmiyyət daşımır. Daha ətraflı:

Kişinin qadına "səni boşayıram" deməsi haqqında

İslam fiqhi - Nigah fəsli

Paylaş: