Qadının naməhrəm kişiyə salam verməsi günahdırmı?

    12.03.2020
Kimdən: 
Nureddinli
Sual: 
Qadının kişiye salam vermeyi günahdırmı
Cavab: 

Əssələmu aleykum. Uca Allah möminlərə salam verənin salamını qaytarmağı əmr edərək belə buyurur: "Sizə salam verildiyi za­man onu daha gö­zəl şəkildə alın və ya ve­ri­lən sa­lamı olduğu kimi qay­ta­rın!" (ən-Nisa, 86).

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bildirmişdir ki, salamı yaymaq (çoxaltmaq) möminlər arasında mehribanlığın yayılmasına səbəb olur. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "İman gətirməyincə, Cənnətə girə bilməzsiniz. Biri-birinizi sevməyincə, (tamam-kamal) iman gətirmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdikdə biri-birinizi se­vəsiniz? Aranızda salamı yayın!" (Muslim, 54). 

Əslində Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu əmri hamıya şamil edilir, lakin naməhrəm kişi və qadın arasında fitnə baş verməsindən qorxulduğu üçün bu barədə xüsusi hökm vardır. Belə ki, yaşlı naməhrəm kişi və qadının əl ilə görüşmədən bir-birinə salam vermələrində heç bir qəbahət yoxdur. Gənc kişi və qadının salamlaşmasına gəlincə, fitnəyə düşməyəcəklərindən əmin olduqları təqdirdə əl ilə görüşmədən bir-birinə salam verə bilərlər. Lakin qadın salamı qaytararkən səsini naməhrəmə eşitdirmədən yavaş səslə qaytarmalıdır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: