Keçmişdə zina edib tövbə etmiş qadın evlənəcəyi adama bu haqda danışmalıdırmı?

    12.03.2020
Kimdən: 
zehra
Sual: 
Salamaleykum. Bir qız keçmişde günah edib biri ile münasibeti olub sonrada Allaha tövbe edib ve sonra evleneceyi biri çıxıb qarşısına. İndi hal hazırda evliliye hazırlaşır ama keçmişdeki günahlarına göre narahatdı qorxurki evleneceyi adam bunu öyrener ve evliliklerinde prablem çıxar sizce qız bunu ona danışmalıdı yoxsa qorxunu bir kenara qoyub Allaha sığınmalıdı? Danışmasa bu xeyanet olur? Allah sizden razı olsun.
Cavab: 

Va aleykumus-sələm. Sözsüz ki, zina etmək ən böyük günahlardan sayılır. Əgər qız tövbə edibsə, bu halda etdiyi günahı gizlətməli və bu barədə heç kəsə xəbər verməməlidir. O, günahını gizlətməklə xəyanət etmiş sayılmır. Çünki bu hadisə daha əvvəl baş vermişdir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Alahın sizə qadağan etdiyi bu çirkin əməldən (zinadan) çəkinin! Kim bu günaha düşərsə, Uca Allahın onu örtməsi ilə bu günahını gizlətsin!" (əl-Beyhəqi).

Həmçinin buyurur: "Uca Allah bu dünyada qulunun günahını örtərsə (onu insanlardan gizlədərsə), Qiyamət günündə də onu örtər (bağışlayar)". (Muslim, 2590). Həmçinin, insan tövbə etməklə yanaşı xeyirxah əməlləri, nafilə ibadətləri çoxaltmalıdır. Çünki xeyirxah əməllər günahları silib aparır. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır" (Hud, 114). Həmçinin oxuyun:

Paylaş: