Bədənə spirt dəyərsə dəstəmaz pozulurmu?

    17.03.2020
Kimdən: 
Rafiqden
Sual: 
Əs salamun aleykum. Müalicəvi sprt isifadə etmək ayaqlara çəkmək, dəstəmazi poza bilər?
Cavab: 

Va aleykumus-sələm. Spirt və buna oxşar sərxoşedici mayelərin (araq, konyak və s.) içilməsi, qəbul edilməsi, qidaya qatılması haram olmasına baxmayaraq bir maddə olaraq onlar təmiz sayılır. Bu səbəbdən spirtdən dezenfeksiya məqsədilə bədən xaricinə istifadə etmək icazəlidir və bu istifadə dəstəmazı və namazı pozmur. Əbu Səid (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Mədinədə xütbə verdi və dedi: "Ey insanlar, həqiqətən Uca Allah sərxoşedici içkilərin haram olmasına eyham edir. Ola bilsin Uca Allah bu barədə bir ayə nazil edər. Kimdə varsa qoy hələlik ondan istifadə etsin". Az keçməmiş Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: "Uca Allah (əl-Maidə surəsi 90-cı ayəni nazil etməklə) sərxoşedici içkiləri haram etdi. Kimdə varsa, qoy içməsin və satmasın!" Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bunu dedikdən sonra insanlar evlərinə gedib sərxoşedici içkiləri Mədinənin yollarına axıtdılar" (Muslim, 1578). Alimlər bu hədisdən sərxoşedici içkilərin nəcis (natəmiz) olmadığı qənaətinə gəlmişlər. Belə ki, əgər nəcis olsaydı səhabələr onu yollara axıtmazdılar. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: