Ərimlə yola getmirik, nə edə bilərəm?

    21.03.2020
Kimdən: 
Gunel
Sual: 
Salam. Cooox xahiw edirem cavab yazin. Cox elacsizam Men iki ildi artiq yoldawimi taniyiram. Niwanliliq. 1 ildi de evlilik. Artiq uwaq da var. Tanidigimiz gunden her gun dava. Sozumuz bir- birimizin bogazindan kecmir. Artiq son heddeyik. Amma ailesinin mudaxilesiyle ayrilmamiwiq. Ne eduremse, ne daniwiramsa onda bir pislik axtarir. Butun gunu de dualar, sureler oxuyuram amma tesir etmir. Men ne ede bilerem?? Cadu olunduguna inaniram.
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, bu sizin üçün bir imtahandır. Sizə səbir etməyi və ailənizi qorumağı tövsiyə edirik. Həmçinin ərinizin islah olunması üçün Allaha dua etməkdə davam edin. Çünki qəlblər Uca Allahın əlindədir. Xüsusən, duaların qəbul olan vaxtlarında (gecənin son üçdə biri, namazda səcdə halında, yağış yağanda və s. vaxtlarda) daha çox dua edin. Həmçinin, duaların qəbul olunmasına səbəb olan əməllər (namaz qılmaq, sədəqə vermək, valideynlərə yaxşılıq etmək, Quran oxumaq və s. əməllər) edin. 
Bununla belə ərinizə gözəl şəkildə nəsihət edin, bu işdə lazım gələrsə sözü keçən qohum və yaxınlara müraciət edin. Əriniz qəzəbləndikdə çalışın onu razı salın. Əbu Dərda (həyat yoldaşı) Ummu Dərdaya (Allah onlardan razı olsun) belə deyir: "Mən qəzəbləndikdə, məni razı sal, sən qəzəbləndikdə isə mən səni razı salım. Əgər biz bu cür olmasaq, necə də tez ayrıla bilərik!" ("Ravdatu-l-Uqaləi" əsəri, səh: 72). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: