Ayaqyolunda çox vaxt itirmək düzgündürmü?

    15.04.2020
Sual: 
Salam mən dəstəmaz almadan öncə ayaqyolunda çox vaxt itirirəm yəni orqanizminin nəcisdən təmizlənməsi üçün əlavə vasitələrdən istifadə edirəm bu düzgündürmü?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Təmizlik imanın yarısıdır". (Muslim, 223). Lakin İslam dini hər bir məsələdə orta mövqe tutmağı və həddi aşmamağı buyurur. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) təmizlikdə həddi aşmaqdan çəkindirərək demişdir: "Həqiqətən bu ümmətdən təmizlikdə və duada həddini aşan bir tayfa olacaqdır". (Əbu Davud, 96). 

Sualda "əlavə vasitələr" dedikdə nəyin nəzərdə tutulduğu bilinmir. Lakin hər bir halda ayaqyolunda çox vaxt keçirmək bəyənilmir və bu, vəsvəsələrə səbəb ola bilir. İnsandan tələb olunan budur ki, təbii ehtiyacını ödədikdən sonra nəcasət çıxan yeri təmizləsin. Bundan başqa əlavə vasitələrə ehtiyac yoxdur. Təmizlikdə həddini aşmaq da düzgün deyil. Uca Allah heç kəsə daşıya bilmədiyi ağır yük yükləməmişdir. Bu səbəbdən özünüzü çətinliyə salmayın. Ehtiyacınızı ödədikdən sonra təmizlənin, sonra da dəstəmaz alın və gələn vəsvəsələrə fikir verməyin. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: