Ananın övladına haqsız olaraq etdiyi bəd dualar qəbul olunurmu?

    12.05.2020
Kimdən: 
Firuze((
Sual: 
Mene anam awiri cox bed dua edir..muellimedi ozu hetta..meni hec sevmir..boyuk qizni sevir ele.evin kicik qiziyam deye.hem de niwanlim iwlemir deye ele hey deyir ki seni gorum hec uzun gulmesin.ozu Allaha itaet de edir pis-yaxwi.ama ele heu qargiw yagdirir kicik qizina(vallah gunahim olmur.20 yawim var ama yawadiqlarim 200du.cox pis nifret edirem ana deylen varliga.meni ele agladir ki.hec kese deye blmrem.hami meni gunahkar cxarir.eseb xestesidi bawa duwurem.ama men de uje nerviden esirem.eseblerime hakim dura bilmeyende daw divardan cxariram.ama bu ele doyur soyur...bilmirem ne edecem hec.ele zehlem gedir ondan ki.hec meni sevmir.mene edebsiz sozler deyir qargiwlar yagdirir.xaiw yardim edin
Cavab: 

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, əgər bəd dua haqsız yerə edilibsə, bu bəd dua Allah tərəfindən qəbul olunmur və buna görə narahatçılıq keçirməyin. Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanın müsəlmanı təhqir etməsini qadağan etmişdir. (Muslim, 4/1986).

O ki qaldı ananızın sizə qarşı pis münasibətinə, bilin ki ananız sizə qarşı nə qədər pis davransa da onun sizin üzərinizdə analıq haqqı var. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Dinimizdə valideynin övladı üzərindəki haqqı olduqca böyükdür və valideynin övladı ilə pis davranması bu haqqı qüvvədən salmır və övladın da valideynilə eyni şəkildə pis davranmasına əsas vermir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23). Bu səbəbdən sizin üzərinizə düşən səbir etmək və onunla gözəl davranmaqdır. Allaha çoxlu dua edin və gözəl əxlaqınızla ona nümunə olun. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: