Əvvəllər bilməyərək tutmadığım orucları qəza etməliyəmmi?

    15.05.2020
Kimdən: 
Aysel
Sual: 
Salam.1)men 9 yaşimdan beri oruc tutmamişam derk etmirdimki oruc vacibdi. Amaartiq 2 ildirki ramazanda oruc tuturam ve tovbe elemisemki uzrlu sebebim olmadan orucu buraxmayacam.Indi menim 21 yaşim var.Hesablayanda 11il oruc buraxmisam,men ne etmeliyem?her il ucun 30 gun qeza niyeti ile oruc tutum ya nece?Keffare falan ve her buraxdigim gune gore 60 gun tutmaliyam?Umumiyyetle men ne etmeliyem? 2)size sual vermisdim fal ile bagli.Sag olun herseyi etrafli izah elemisdiz.Tovbe elemisem men fala gore.teztez vesvese gelirki guya fala yene inaniram.Ve tez yene tovbe edib kelmeyi şehadeti deyirem ve qusl aliram,bezen aglima fal gelir ve heqiqi inaniram.Herdefe tovbe edib qusl edim? bezirem ne edim?
Cavab: 

Aleykum salam. 
1) Tövbə etdikdən sonra oruc tutmadığınız illəri qəza etməyə və ya bu illər üçün kəffarə verməyə ehtiyac yoxdur. Çünki, tövbə özündən əvvəlki günahları silir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Daha ətraflı: Ötən illərin orucunu tutmaq lazımdırmı?

2) Əvvəla bunu qeyd edək ki, hər dəfə tövbə etdikdən sonra kəlmeyi-şəhadəti gətirmək və qüsl etmək tələb olunmur. Həmçinin bilin ki, fikrinizə gələn vəsvəsələri dilə gətirmədikcə və ya əməl etmədikcə, bu fikirlərə görə sizə günah yazılmır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Dilinə gətirmədikcə, yaxud bununla əməl etmədikcə, ümmətimin fikrindən keçənlərə görə Uca Allah onlara günah yazmır". (Səhih əl-Buxari, 2528; Səhih Muslim, 127). Daha ətraflı:
İnsanın beyninə gələn pis fikirlər günahdırmı?
Tez-tez beynimə pis fikirlər və vəsvəsələr gəlir, nə edim?

 
Paylaş: