Quranda neçə ayə var?

    12.04.2014
Sual: 
Salam aleykum. Quranda neche aye var?
Cavab: 

Aleykum salam. Quran ayələrinin dəqiq sayı ilə bağlı qiraət və təfsir alimləri arasında fərqli fikirlər vardır. Bunun səbəbi isə bəzi alimlərin ayənin sonu olaraq qəbul etdiyi yeri başqa alimlər tərəfindən qəbul etməmələri, həmçinin, surənin başında qeyd edilən bəsmələnin (bismilləhir-rahmənir-rahim) və hurufu-muqəttəənin (surələrin əvvəlində gələn hərflərin) müstəqil bir ayə sayılıb sayılmaması və buna oxşar məsələlərdir. Əlimizdəki bu Quran 6.236 ayədən ibarətdir. 

Teqlər: 
Paylaş: