Əlinin (Allah ondan razı olsun) Günəşlə danışması hadisəsi doğrudurmu?

    19.05.2020
Sual: 
Salam əleykum.Hezret Elinin günəşlə danışması hadisəsi doğrudurmu?
Cavab: 

Aleykum salam. Yəqin ki, Əlinin (Allah ondan razı olsun) Günşlə danışması hadisəsi dedikdə Əlinin (Allah ondan razı olsun) Günəş batdıqdan sonra Əsr namazını qılmadığı üçün Günəşin geri qayıtması üçün müraciət etməsi, Günəşin də batdıqdan sonra geri qayıtmasını nəzərdə tutursunuz. Cavab olaraq bildirirk ki, belə bir hadisə baş verməmişdir. Bu hadisəni bəziləri Əlinin (Allah ondan razı olsun) fəzilətini bildirmək üçün uydurmuşlar. Halbuki, Əlinin (Allah ondan razı olsun) fəzilətinə dəlalət edən kifayət qədər səhih və mötəbər hədislər vardır. 

Həmçinin, Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) bu sözü bu hadisənin doğru olmadığına dəlalət edir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Günəş yalnız Yuşə ibn Nun üçün Betul-Məqdisə səfər edərkən dayandırılmışdır" (Əhməd, 2/325). Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) başqa bir hədisdə bu hadisəni təfsilatlı danışaraq demişdir: "Peyğəmbərlərdən bi­ri döyüşə çıxarkən öz həmqəbilələrinə: “Qoy qadınla evlənib onunla ya­xın­­lıq etmək istəyən, lakin hələ yaxınlıq etməmiş, həmçinin ev tikmiş, amma üs­tünü hələ damla örtməmiş, habelə qoyun və ya dəvə sürüsü almış və on­la­rın balalamasını gözləyən kimsələr mənim dalımca gəlməsinlər!”- dedi, son­ra da döyüşə yollandı. O, əsr namazının vaxtında və ya buna yaxın bir vaxt­da (qəsdinə durduğu) məmləkətə gəlib çatdıqda günəşə dedi: “Sən də (Alla­hın) əmrindəsən, mən də. Allahım, bizim üçün günəşi saxla!” Beləliklə, Allah Öz peyğəmbərinə zəfər bəxş edənədək günəş dayandı" (əl-Buxari, 3124). Yuşə ibn Nuna Günəş batdıqdan sonra döyüşmək qadağan olunduğu üçün o, Günəşə dayanmağı üçün müraciət etmişdi və Uca Allah da onun bu istəyini yerinə yetirmişdi. Həmçinin oxuyun: Əli ibn Əbu Talib

Teqlər: 
Paylaş: