Zikr və namazın vaxtı ilə bağlı sual

    12.04.2014
Kimdən: 
Günay
Sual: 
Salam aleykum. Men bilmek isterdim ki, zikr ancaq sag elin barmaqlari ile edilmelidir, yoxsa her iki elin barmaqlariyla? Men her iki elle sayiram. Ona gore de bilmek isterdim ki, bu dogrudur, yoxsa sehv fikirdir? Bir de zehmet olmasa cavab vererdiz, subh namazinin vaxti cedvele gore 8-e islemish bitir. Amma 7-ye qalmish artiq hava ishiqlashir. Mutleq hava ishiqlashmamish qilinmalidir subh namazi? Eger eledirse niye bitme vaxti saat 8-e islemish gosterilir? Men chox vaxt saat 7-ye qalmish, 7-de bashlayiram ki, gosterilen vaxta qeder qilim qurtarim.
Cavab: 

Aleykum salam. Hər iki əlin barmaqları ilə zikr etmək olar. Sübh namazınn vaxtı cədvəldə göstərildiyi vaxtda bitir. Havanın işıqlanması hələ günəşin doğması demək deyildir. Günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlanmağa başlayır. Odur ki, siz havanın işıqlanmasına fikir verməyin və göstərilən vaxta görə hərəkət edin. 

Teqlər: 
Paylaş: