Pirə inanmaq olarmı?

    30.06.2020
Sual: 
salam. ziyarete pire inam etmek gunahdir. men namaz qiliram. lakin ailede mene ziyaret pirlerin Allaha serik oldugunu soylediyimcun beddua edirler hetta Allah sene br islek islesin deyirler. bu ne derecede duzgundur? menmi gunah edirem ya olarmi
Cavab: 

Aleykum salam. Dinimiz ibadəti yalnız Allaha xüsusiləşdirməyi əmr edir və bu ibadətlərdən nəyisə Allahdan başqasına yönəltməyi qadağan edir. Uca Allah bu xüsusda buyurur: "Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!" (əz-Zumər, 2-3). Həmçinin buyurur: "Dini yalnız Ona məxsus edərək ibadət edin". (əl-Əraf, 29).

Pirlər, saleh olduğu iddia olunan insanların qəbirləri üzərində tikilmiş ziyarətgahlardır. Halbuki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kimin olursa-olsun qəbirlər üzərində tikili tikməyi qadağan etmişdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah kafirlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". (Səhih əl-Buxari, 4444; Səhih Muslim, 531). Aişə (Allah ondan razı olsun) demişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ölümünə səbəb olan xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək dedi: "Peyğəməbər bu sözü deməsəydi, müsəlmanlar onun qəbri­ni aşkarda saxlayardılar. Ancaq mən onun qəbrinin ibadətgaha çevrilmə­sin­dən qorxu­ram". (Səhih əl-Buxari, 1330; Səhih Muslim, 529.) Bununla Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.
Həmçinin, məlumdur ki, pirlərə gedənlər orada Allaha xas olan ibadətlərdən bəzilərini pirdə dəfn olunan qəbirə sərf etməklə Allaha şərik qoşurlar. Məsələn, Allahı qoyub pirə dua edirlər, yalnız Allahın verməyə qadir olduğu şeyləri (ruzi, övlad, şəfa) pirdən istəyirlər, qurban kəsirlər, qəbirin ətrafını təvaf edirlər, pirə tərəf namaz qılırlar. Halbuki, Uca Allah yalnız Ona dua etməyi, Ondan istəməyi, Onun üçün qurban kəsməyi əmr etmişdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qəbiristanlıqda namaz qılmağı və Quran oxumağı qadağan etmişdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Qəbirlərə tərəf namaz qılmayın...". (Səhih Muslim, 972; Əbu Davud,  3213).
Ümumiyyətlə dinimiz ziyarət məqsədilə yalnız üç yerə getməyi icazəli görmüşdür. 
1) Məkkə yerləşən "Məscidul-Haram";
2) Mədinədə yerləşən Peyğəmbər məscidi;
3) Qüdsdə yerləşən "Beytul-Məqdis".

Bu yerlərdən başqa heç yerə ziyarət məqsədilə getmək düzgün deyil. Həmçinin oxuyun:
Pirləri ziyarət etmək və onlardan yardım diləmək olarmı?
Qəbirlərin önündə bunları etmək haramdır
Şirkin növləri
Pirə inanmaq və pir sahibinə ibadət etmək olarmı?
Pirə gedib "Allaha şərik qoşmuram" deyənlərə cavab

Paylaş: