Etdiyim günahın üstünün açılması nədəndir?

    17.06.2020
Sual: 
Salam aleykum men bir müddet bundan evvel bir günah etmişdim ve hemin günahın üstü 3 neferin arasında açıldı tebii ki men Cox pesmanam tövbe edirem her gün ve hetta buna göre men isdende cixasi oldum. Bu günahın üstünün açılmasi ne demektir ? Buna göre ureyim sıxılır herden.bu hadiseye nece reaksiya vermek lazımdır?
Cavab: 

Aleykum salam. Əgər tövbə etmisinizsə, bilin ki, Uca Allah tövbələri qəbul edib günahları bağışlayandır. Günahınızın üstünün açılmasına gəlincə, ola bilsin bunun arxasında sizin bilmədiyiniz xeyir vardır. Lakin, siz bunu hələ bilmirsiniz. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). 

Siz səmimi qəlbdən peşman olaraq tövbə edin, Allaha yalvarın ki, sizi bağışlasın və çıxış yolu göstərsin. Uca Allah buyurur: "(Qullarıma mənim bu sözümü) de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 52).
Allaha tövbə etdikdən sonra insanların sizi qınamasından qorxmayın, sizə yaxın olan, saleh insanlardan kömək istəyin və səbirli olun, Uca Allah buyurur: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Asanlıq yalnız çətinliklə hasil olar! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!" (əş-Şərh, 5-6).
"Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu göstərər, və ona gözləmədiyi və təsəvvür etmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü hədd, müddət təyin etmişdir". (ət-Talaq, 2-3). Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Paylaş: